Azərbaycan İdman Akademiyası
Tədrisin planlaşdırılması və proqnozlaşdırılması departamenti Təcrübə şöbəsinin müdiri vəzifəsinə vakansiya elan edir
Vəzifə öhdəlikləri:
Şöbənin gündəlik fəaliyyətini müəyyənləşdirmək və idarə etmək;
Təcrübə prosesinin təşkili və təkmilləşdirilməsi üçün təcrübə proqramları və əlaqəli sənədləri hazırlamaq;
Müvafiq ixtisaslar üzrə yeni tərəfdaşların müəyyən edilməsi və mövcud tərəfdaşlarla əməkdaşlığın davam etdirilməsi;
Akademik heyət və tələbələr üçün təcrübə prosesinin səmərəliliyinin artırılması məqsədilə təlimlərin təşkili və keçirilməsi;
Təcrübə yerlərində davamlı monitorinqin aparılması;
Təcrübə proqramında iştirak edən tələbələrin qiymətləndirilməsi üçün komissiyalar təşkil etmək və qiymətləndirmə prosesini həyata keçirmək;
Təcrübənin gedişatı ilə bağlı hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək.
Namizədə dair tələblər:
Ali təhsil dərəcəsi (magistr və daha yüksək elmi dərəcəsi olanlara üstünlük veriləcəkdir);
Kompüter bacarıqları;
İngilis və rus dillərində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı;
Təhsil sahəsini tənzimləyən qanunvericilik və normativ sənədlərlə tanışlıq və onları tətbiq etmək bacarığı;
Ali təhsil sahəsində istifadə olunan elektron sistemlərdə işləmə bacarığı;
Dəqiqlik, məsuliyyətlilik, operativlik, təşəbbüskarlıq, detallara diqqət yetirmək qabiliyyəti;
Çevik qərarvermə və dəyişkən iş şəraitinə tez uyğunlaşma bacarığı;
Analitik və sistemli düşüncə tərzi;
Komandada işləmək və effektiv ünsiyyət bacarığı;
Sənədlərlə işləmək və kargüzarlıq bacarıqları.
İş şərtləri:
Həftə içi 5 gün : 09:00 – 18:00-dək (nahar fasiləsi 13:00-14:00).
Ünvan: Bakı şəhəri, F.X.Xoyski pr.98
Müraciət qaydası
Son müraciət tarixi: 23 yanvar 2026-cı il
Qeyd olunan tələblərə uyğun olan namizədlər CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər (Mövzu hissəsində vəzifənin adının göstərilməsi mütləqdir).
Yalnız tələblərə cavab verən əməkdaşlar müsahibə mərhələsinə dəvət olunacaqlar.