Təhlil və strateji planlaşdırma departamenti/Təhlil şöbəsi/mütəxəssis vakansiyası üzrə namizəd axtarışı aparılır.
Vakansiya barədə məlumatlarla aşağıda tanış ola bilərsiniz:
Vəzifə öhdəlikləri:
- Əmək bazarının əsas göstəriciləri üzrə məlumatların mütəmadi olaraq toplanması və təhlil edilməsi;
- Əmək bazarı və məşğulluq sahəsində təhlillərin aparılması və aparılan təhlillər nəticəsində təkliflər hazırlanması;
- Əmək bazarının proqnozlaşdırılması məqsədilə sorğu anketlərinin hazırlanması və keçirilməsinin təşkil edilməsi;
- Hesabatlılıq işlərinin yerinə yetirilməsi;
- Agentliyin icraçısı olduğu qurumdaxili və qurumxarici strategiyaların effektiv icrası üçün Agentliyin struktur bölmələrindən aidiyyəti məlumatların toplanması, onları sistemləşdirmək, təhlil etmək və təkliflər hazırlanmasında iştirak edilməsi;
Vəzifənin tutulmasına dair tələblər:
- Təhsil tələbi: Ali (iqtisadiyyat və ya idarəetmə ixtisasları qrupu üzrə);
- İş stajı: Müvafiq sahədə ən azı 1 il iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan dili (sərbəst), ingilis dili (yaxşı səviyyədə), rus dili arzu olunandır;
- Kompüter bilikləri: “Microsoft Office” proqramları (yaxşı səviyyədə), Datanın analizi üçün təhlil proqramlarından sərbəst istifadə.
Tələb olunan bilik və bacarıqlar:
- Tədqiqat və araşdırmalar etmə bacarığı,
- Müxtəlif mənbələrdən dataları toplama, analiz etmə və təhlillər təqdim
etmə bacarığı;
- Analitik düşüncə;
- Kommunikasiya bacarığı;
Göstərilən tələblərə cavab verən namizədlərin Cv-lərini mövzu hissəsinə "Təhlil şöbəsi üzrə mütəxəssis" qeyd etməklə [email protected] ünvanına göndərmələri xahiş olunur.
Müraciət üçün son tarix: 27.01.2026