Vakansiya: Təhlükəsizlik bölməsinin müdiri

 

İş yeri: Qarabağ Universitetinin Klinikası. - Xankəndi şəhəri

İş qrafiki: Tam ştat

 

Vəzifə Öhdəlikləri:

·      Klinikada təhlükəsizliklə bağlı ümumi siyasətin hazırlanması, tətbiqi və icrasına nəzarət;

·      Fiziki və texniki təhlükəsizlik sistemlərinin (mühafizə, müşahidə kameraları, giriş-çıxış nəzarəti və s.) qurulması və fasiləsiz işləməsinin təmin edilməsi;

·      Klinikada əməkdaşların, pasiyentlərin və qonaqların təhlükəsizliyinin təmin olunması üçün profilaktik tədbirlərin görülməsi;

·      Fövqəladə hallar, yanğın təhlükəsizliyi və təxliyə planlarının hazırlanması, müvafiq təlimlərin təşkili;

·      Növbətçi heyət və mühafizəçilərin iş qrafiklərinin tərtibi və onların fəaliyyətinə daim nəzarət;

·      Təhlükəsizlik insidentləri və hadisələri ilə bağlı araşdırmaların aparılması, rəhbərliyə hesabatların təqdim edilməsi;

·      Ehtiyac üzrə aidiyyatı qurumlarla əlaqələrin qurulması və koordinasiyalı fəaliyyətin təşkili;

·      Klinikada təhlükəsizlik risklərinin dəyərləndirilməsi və minimuma endirilməsi üzrə təkliflərin hazırlanması.

 

Namizədə Tələblər:

·      Ali və ya orta ixtisas təhsili (Hüquq-mühafizə, təhlükəsizlik, hərbi və ya texniki sahələr üzrə üstünlük verilir);

·      Təhlükəsizlik və ya oxşar sahədə azı 5 il iş təcrübəsi, rəhbər vəzifədə ən az 3 il təcrübə üstünlükdür;

·      Fövqəladə hallar, yanğın təhlükəsizliyi və fiziki mühafizə üzrə biliklər;

·      Komanda idarəetməsi və planlaşdırma bacarıqları;

·      MS Office proqramlarında işləmə bacarığı;

·      Məsuliyyətli, çevik, nizam-intizamlı və diqqətli olmaq.

Müraciət Qaydası:

Maraqlanan şəxslər 15 sentyabr 2025-ci il tarixinədək [email protected] elektron poçt ünvanına “Təhlükəsizlik bölmə müdiri” başlığı ilə CV göndərməlidirlər.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.