Tələbə koordinatoru vakansiyası

 

Şirkət: Texnoera Academy

 

Vəzifə öhdəlikləri:

Tələbələrin qeydiyyat və sənədləşmə prosesini idarə etmək

Dərs cədvəllərinin formalaşdırılması və tələbələrə operativ məlumatın çatdırılması

Müəllim və tələbələr arasında əlaqələndirməni təmin etmək

Tələbələrin davamiyyətinə nəzarət və müvafiq hesabatların hazırlanması

Təlim prosesi ilə bağlı tələbələrin müraciətlərini cavablandırmaq və yönləndirmək

Akademiyanın daxili qaydalarına riayət olunmasına nəzarət

 

Tələblər:

Ali təhsil (İdarəetmə, Təhsil, İqtisadiyyat və ya oxşar sahələr üstünlükdür)

Ən azı 1 il oxşar vəzifədə təcrübə arzu olunandır

Yüksək ünsiyyət və təşkilatçılıq bacarıqları

Məsuliyyətli, diqqətli və operativ qərar verə bilmək

Microsoft Office proqramları ilə işləmə bacarığı

Komandada işləmək və tələbələrlə düzgün münasibət qurmaq bacarığı

 

Təklif olunur:

Peşəkar və gənc komandada çalışma imkanı

Karyera inkişafı və təcrübə qazanmaq şansı

Rahat iş mühiti

İş yeri: Həsən Məcidov 14/Almaz Park (Elmlər metrosunun yaxınlığı)

İş qrafiki: 09:00-15:00 / 15:00-21:00

Əmək haqqı: 500 azn

Müraciət üçün CV-nizi mövzu hissəsində “Tələbə koordinatoru” qeyd etməklə [email protected] ünvanına göndərə bilərsiniz.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.