Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin təşəbbüsü ilə həyata keçirilən və yerli ali təhsil müəssisələri ilə birgə icra olunan IV kurs tələbələr üçün Müdafiə Sənayesi Yönümlü İstehsalat Təcrübəsinə, həmçinin II və III kurs tələbələr üçün İstehsalat Yönümlü Tədris Proqramına qeydiyyat başlayıb.

 

Proqramın əsas məqsədi ölkənin müdafiə sənayesinin mövcud və perspektiv ehtiyaclarına cavab verən, real istehsalat mühitində praktiki bilik və bacarıqlara malik milli mühəndis kadr ehtiyatının formalaşdırılmasıdır.

 

 İstehsalat təcrübəsi müddətində iştirakçılar:

 

Müdafiə sənayesi müəssisələrinin real istehsalat proseslərində iştirak edir

Texnoloji və mühəndislik prosesləri üzrə praktiki biliklər qazanır

Real layihələr üzərində işləyir

Komanda işi və layihə idarəetmə bacarıqlarını inkişaf etdirir

 

Proqramda yalnız müəyyən olunmuş ali təhsil müəssisələrində təhsil alan tələbələrin iştirakı nəzərdə tutulur və seçim onlayn qeydiyyat, ilkin qiymətləndirmə və müsahibə mərhələləri əsasında aparılır.

 

 

lV kurs tələbələr üçün qeydiyyat linki: LİNK

 

ll və lll kurs tələbələr üçün qeydiyyat linki: LİNK

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.