Tələbələr və yeni məzunlar üçün yeni təlim–təcrübə proqramı
Vakansiya haqqında
Birbank informasiya təhlükəsizliyi sahəsində karyera qurmaq istəyən tələbələr və yeni məzunlar üçün yeni təlim–təcrübə proqramını elan edir!
4 aylıq bu proqram vasitəsilə həm Blue Team (müdafiə), həm də Red Team (hücum) istiqamətlərində real biliklər, praktiki təcrübə və peşəkar mentor dəstəyi əldə edəcəksiniz.
Tələblər
2-ci, 3-cü və 4-cü kurs tələbələri və yeni məzunlar
İnformasiya təhlükəsizliyi, informasiya texnologiyaları, kibertəhlükəsizlik, kompüter elmləri və əlaqəli ixtisaslarda təhsil alanlar
Analitik düşüncə, komandada işi, ünsiyyət bacarıqlarına sahib olanlar
İnformasiya təhlükəsizliyi sahəsində karyera qurmaq istəyənlər və inkişafa açıq olanlar
Yeni texnologiyaları, alətləri və metodologiyaları öyrənməyə maraq göstərən və daim biliklərini təkmilləşdirməyə hazır olanlar
Seçim mərhələləri
1. CV Screening
2. Onlayn test
3. CTF Challenge
Öhdəliklər
Təlimçilər tərəfindən təyin olunan bütün dərslərdə və sessiyalarda aktiv iştirak etmək
Həftəlik praktiki tapşırıqları və layihə fəaliyyətlərini vaxtında tamamlamaq
Məlumatların məxfiliyinə və təşkilatın təhlükəsizlik qaydalarına əməl etmək
Komandada əməkdaşlıq, peşəkar davranış və öyrənməyə açıq olmaq
Təlim və təcrübə müddətində verilən rəy və mentor tövsiyələrini nəzərə alaraq özünüinkişafa yönəlmək
Təklif olunanlar
Real InfoSec mühitində təcrübə
Güclü portfolio üçün praktiki layihələr
Mentor dəstəyi
Şəxsi inkişaf, networking və karyera imkanları
Uğurlu iştirakçılar üçün gələcəkdə iş imkanları
Haqqımızda
Biz Azərbaycanda ən çox müştəriyə rəqəmsal xidmətlər göstərən və trendləri təyin edən bankıq. Biznes və texnologiya həllərini ölkəmizdə ilk dəfə ekosistem şəklində təqdim edən Birbankda işləmək – dinamika, inkişaf və çeviklik deməkdir. Ofislərimizdən müzakirə səsləri əskik olmur. Bu müzakirələrin mövzuları müştərilərimizin ehtiyaclarını qarşılamaq üçün daha üstün məhsullar hazırlamaq və əməkdaşlarımız üçün hər gün daha yaxşı iş şəraiti yaratmağın doğru yollarını axtarmaqdır.
Birbank hədəflərin imkanlara qovuşduğu yerdir. Biz hər bir əməkdaşımız üçün böyük öyrənmə, inkişaf və karyera yüksəlişi imkanları, ən əsası isə ideyalarını reallaşdırmaq üçün unikal iş mühiti təklif edirik. Hədəfinizə yaxınlaşmaq üçün sizə də bankımızda öz yerinizi alın.
Son müraciət tarixi: 14.12.2025