Düşün, analiz et, kodlaşdır və dizayn et
Birbank tələbələrin parlaq gələcəyi üçün Spark tələbə innovasiya proqramına start verir. Bu layihə tələbələrə innovativ həllər təklif etmək, təcrübə, komanda işi və layihə idarəetməsi bacarıqları qazandıracaq.
Tələbələr proqramda məhsul sahibi, biznes analitik, developer və dizayner rollarını paylaşaraq 4 nəfərlik komanda şəklində iştirak edəcəklər.
Kimlər iştirak edə bilər?
Orta göstəricisi (GPA) 70+ olan
3-cü və 4-cü kursda təhsil alan bakalavr tələbələri
Magistr tələbələri
Səni nə gözləyir?
Mentorluq
Təcrübə proqramı
Təlim və inkişaf fürsətləri
Geniş şəbəkələşmə imkanları
Pul mükafatı qazanmaq şansı
Proqramın final mərhələsində fərqlənən ideyalar qiymətləndiriləcək və ilk üç yerin qalibləri pul mükafatı ilə təltif olunacaqlar.
Qeyd: Rollar tələbələrin funksiyalarını müəyyən etmək üçün nəzərdə tutulub və xüsusi iş təcrübəsi tələb olunmur.
Son müraciət tarixi: 31 oktyabr
Ətraflı məlumat və müraciət üçün: