"Barattson" MMC “Telesatış üzrə operator” vəzifəsinə vakansiya elan edir!
Əsas vəzifə öhdəlikləri:
Telefon vasitəsilə təqdim olunmuş baza əsasında potensial müraciətçilərlə əlaqə saxlamaq və onlara telefon üzərindən satış həyata keçirmək;
Müraciət edən şəxslərə tədris olunan təlimlər haqqında ətraflı və dəqiq məlumat verərək satışını təşkil etmək;
Müraciət edən şəxslərin məlumatlarını CRM bazasına daxil etmək;
Müraciətçilərin müştəriyə çevrilməsi üçün mütəmadi iş aparmaq;
Şöbə rəhbərinin tapşırıqlarını yerinə yetirmək.
Əsas tələblər:
Ali təhsil (maliyyə, iqtisadiyyat arzuolunandır);
Dil bilikləri: azərbaycan dili – səlis, rus və ingilis dillərini bilmək üstünlükdür;
Satış üzrə təcrübə arzuolunandır.
Şəxsi keyfiyyətlər:
Xoş ünsiyyətli, gülərüz;
Dinləmək qabiliyyəti;
Səlis nitq qabiliyyəti;
İnsanları inandırma bacarığı;
Çevik işləmək bacarığı;
Nizam-intizam və işinə qarşı məsuliyyətli olmaq.
İş qrafiki: 6 günlük iş həftəsi, (həftəiçi saat 10:00-18:00, şənbə - qısa iş günü 10:00-16:00)
Əməkhaqqı: 400-450 AZN+ bonus (əməkhaqqı artımı pilləli şəkildədir)
Namizədlərdən CV formalarını [email protected] email ünvanına, mövzu hissəsində mütləq vəzifənin adı “Telesatış üzrə operator” qeyd olunmaqla göndərməkləri xahiş olunur.
CV-nin son göndərilmə tarixi: 20 sentyabr 2025-ci il.