Barattson MMC “Telesatış üzrə təmsilçi” vəzifəsi üzrə vakansiya elan edir!
Əsas vəzifə öhdəlikləri:
* Telefon vasitəsilə təqdim olunmuş baza əsasında potensial müraciətçilərlə əlaqə saxlamaq və onlara telefon üzərindən satış həyata keçirmək;
* Müraciət edən şəxslərə tədris olunan təlimlər haqqında ətraflı və dəqiq məlumat verərək satışını təşkil etmək;
* Müraciət edən şəxslərin məlumatlarını CRM bazasına daxil etmək;
* Müraciətçilərin müştəriyə çevrilməsi üçün mütəmadi iş aparmaq;
* Şöbə rəhbərinin tapşırıqlarını yerinə yetirmək.
Əsas tələblər:
* Ali təhsil (Maliyyə, iqtisadiyyat mütləqdir);
* Dil bilikləri: Azərbaycan dili – səlis, Rus və İngilis dillərini bilmək üstünlükdür;
* Satış üzrə ən azı 1 il təcrübə mütləqdir.
Şəxsi keyfiyyətlər:
* Xoş ünsiyyətcil, gülərüz;
* Dinləmək qabiliyyəti;
* Səlis nitq qabiliyyəti;
* İnsanları inandırma bacarığı;
* Çevik işləmək bacarığı;
* Nizam-intizam və işinə qarşı məsuliyyətli olmaq.
Qrafik: 5 günlük iş həftəsi, saat 09:30–18:30;
Əmək haqqı: Namizədin bilik və təcrübəsinə uyğun olaraq tərəflər arasında razılaşdırılır.
Namizədlərdən CV formaların [email protected] email ünvanına, mövzu hissədə mütləq vəzifənin adı “Telesatış üzrə təmsilçi” qeyd olunmaqla göndərməkləri xahiş olunur.
CV-nin son göndərilmə tarixi: 16 may 2026-cı il.