TƏLİM MƏRKƏZİNƏ SƏNƏD VERMƏK İSTƏYƏN GƏNCLƏRİN NƏZƏRİNƏ!
SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Qobustan Regional Təlim Mərkəzi (QRTM), Kadr hazırlığının təşkili Mərkəzi (KHTM) , Qala Təlim Tədris Mərkəzi (QTTM) və Sumqayıt Təlim, Tədris Mərkəzinə (STTM) şagird qəbulu üçün müsabiqə elan edir. Müsabiqədə aşağıdakı şərtlərə cavab verən gənclər iştirak edə bilərlər:
- Azərbaycan Respublikasının vətəndaşı olmalı;
- 01.12.2021-ci il tarixinədək 29 yaşı tamam olmamalı;
- Orta ixtisas təhsili, ilk peşə-ixtisas təhsili və ya ən azı tam orta təhsili olmalı (hazırda təhsilini davam etdirən və ali təhsili olan gənclər müraciət edə bilməzlər).
- Hərbi bileti olmalı (“Atıcı” peşəsi üzrə müraciət edənlər həqiqi hərbi xidmət keçmiş olmalı, digər peşələr üzrə həqiqi hərbi xidmət keçməsindən asılı olmayaraq).
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.