Bakı Metropoliteni olaraq peşəkar komandamıza qoşulmaq üçün İnsan resursları departamentinin Təlim-tədris mərkəzinə aparıcı mütəxəssis axtarırıq!
Namizəd müəssisədə əməkdaşların inkişafına yönəlmiş öyrənmə və inkişaf fəaliyyətlərinin planlaşdırılması, təşkili və koordinasiyasında aktiv rol oynayacaq. Eyni zamanda elektron öyrənmə sisteminin (LMS) idarə olunmasını təmin edəcək, öyrənmə və inkişaf proseslərinin effektivliyinin qiymətləndirilməsi və inkişaf təşəbbüslərinin dəstəklənməsi istiqamətində fəaliyyət göstərəcək.
Sizi hansı öhdəliklər gözləyir?
• Öyrənmə və inkişaf strategiyalarının hazırlanmasında iştirak;
• İnkişaf ehtiyaclarının sistemli təhlili;
• Elektron öyrənmə sisteminin idarə olunması və hesabatlılıq;
• Öyrənmə və inkişaf proqramlarının dizaynı və idarə edilməsi;
• Daxili və xarici öyrənmə və inkişaf resurslarının idarə olunması;
• Öyrənmə və inkişaf proqramlarının keyfiyyətinin qiymətləndirilməsi və analitik hesabatlar;
• Mentorluq və inkişaf təşəbbüslərinin dəstəklənməsi.
Namizədlərdən tələblərimiz
• Ali təhsil (Müvafiq sahə üzrə);
• MS Office ilə sərbəst işləmə bacarığı;
• Öyrənmə və inkişaf sahəsində müvafiq sertifikat;
• İş təcrübəsi: Minimum 3 il.
Metropoliten Sizə nə təklif edir?
• Sabit və etibarlı iş mühiti;
• Peşəkar komandada inkişaf və karyera imkanları;
• Metropolitendən ödənişsiz istifadə imkanı;
• Güzəştli nahar təminatı;
• “Metropolitan Apartments” və əməkdaşlıq etdiyimiz sanatoriyalarda güzəştli istirahət imkanı;
• Psixoloji dəstək xidməti.
Müraciət üçün
Vakansiya üçün Metropolitenin hr.metro.gov.az portalında qeydiyyatdan keçərək müvafiq link vasitəsilə müraciətinizi tamamlaya bilərsiniz.
Müraciət üçün son tarix: 7 iyun 2026-cı il