Təlim və inkişaf üzrə baş mütəxəssis vakansiyası

Müəssisə: AZƏRSUN HOLDINQ MMC

Azersun Holding haqqında

 

Azersun Holding 1991-ci ildə əsası qoyulmuş, ölkənin ən böyük qeyri-neft sənaye qruplarından biridir. Şirkət qida sənayesi, kənd təsərrüfatı və pərakəndə satış sahələrində fəaliyyət göstərərək yüksək keyfiyyət standartları, innovativ idarəetmə yanaşması və davamlı inkişaf strategiyası ilə tanınır. Geniş istehsal və logistika infrastrukturu, eləcə də güclü insan kapitalı ilə bazarda lider mövqeyə malikdir və hazırda komandasına peşəkar əməkdaşlar axtarır.

 

Vəzifə öhdəlikləri:

Yumşaq bacarıqlar (Soft skills) mövzularında təlim ehtiyaclarını analizi, təlim proqramları və təqdimat materialları hazırlamaq, onları redaktə etmək və bu təlimləri daxili təlimçi qismində keçirmək

Yumşaq bacarıqlar üzrə təlimlərin daxili və ya xarici təlimçi tərəfindən keçirilməsinin məqsədəuyğunluğunu təhlil etmək və təkliflər hazırlamaq.

Holdinq üzrə ehtiyaclara uyğun yumşaq bacarıqlar üzrə təlim mövzularını və proqramlarını müəyyən etmək.

Müəssisə və struktur rəhbərləri ilə görüşlər keçirərək illik təlim ehtiyaclarını toplamaq və təhlil etmək.

Yumşaq bacarıqlar üzrə illik təlim planının hazırlanması və icrasını təmin etmək.

Təlim planına uyğun olaraq daxili və xarici təlim potensialını qiymətləndirmək və illik təlim büdcəsi üzrə təkliflər vermək.

Daxili yumşaq bacarıqlar təlimçilərini müəyyənləşdirmək, hazırlamaq və təlim planlarını rəhbərliklə razılaşdırmaq.

Yumşaq bacarıqlar üzrə daxili təlimçilərin aylıq ödənişlərinə nəzarət etmək.

Təlimlərin keçirilməsinə dair logistikanın və təşkilati proseslərin koordinasiyası.

Təlimlər üzrə iştirakçı davamiyyətinə nəzarət etmək və imza siyahılarının databazaya daxil edilməsini təmin etmək.

Təlimlərin effektivliyini qiymətləndirmək və nəticələr üzrə hesabatlar hazırlamaq.

Təlim prosesləri üzrə məlumatların sistemləşdirilməsi və arxivləşdirilməsi.

 

Tələblər

Ali təhsil (Psixologiya, İnsan Resursları, Menecment və ya əlaqəli sahələr üzrə).

İnsan resursları və ya təlim sahəsində minimum 3 il iş təcrübəsi.

Azərbaycan, türk, rus və ingilis dillərində ünsiyyət bacarığı.

MS Office və Təlim proqramları (PowerPoint, Canva, Google Slides, Prezi və s.) üzrə yüksək bacarıqlar.

Təlim materiallarının hazırlanması və dizayn edilməsi üzrə bacarıqlar.

Təlimçi kimi çıxış edə biləcək kompetensiyaya malik olmaq.

İnsan Resurslarının idarəetmə prinsipləri və şirkət daxili İR tətbiqləri üzrə biliklər.

Analitik düşüncə, planlama və təşkilatçılıq bacarığı.

Yenilikçi yanaşma, dəyişən şəraitə uyğunlaşma və təşəbbüskarlıq.

 

 

Biz nə təklif edirik:

İş yeri: Bakı şəhəri, Azersun Holding Mərkəzi Ofis

İş qrafiki: Bazar ertəsi–Cümə, 09:00–18:00

Nahar: Şirkət tərəfindən təmin olunur

Əməkhaqqı: Təcrübə və ixtisas səviyyəsinə uyğun rəqabətqabiliyyətli əməkhaqqı

İş mühiti: Regionun aparıcı FMCG şirkətində dinamik və innovativ korporativ mədəniyyət 

 

Müraciət

Tələblərə cavab verdiyiniz halda CV-nizi [email protected] ünvanına göndərməyiniz  xahiş olunur. Emailin mövzu hissəsində: “Təlim və inkişaf üzrə baş mütəxəssis – 28743 ” qeyd edilməlidir.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.