Azərbaycan Supermarket MMC "Təlim və inkişaf üzrə böyük mütəxəssis" vakansiyasını elan edir.
Vəzifə öhdəlikləri:
• İş təhlili və karyera inkişafı vasitəsilə şirkətin təlim ehtiyaclarını müəyyən etmək və qiymətləndirmək;
• Xüsusi biznes ehtiyaclarına cavab verən fərdi və qrup təlim proqramlarını hazırlamaq;
• Effektiv və məqsədyönlü tədris metodlarını tətbiq etmək;
• Xarici vendorlarla əməkdaşlığın idarə olunması və koordinasiyası;
• Daxili təlimlərin təşkili və koordinasiyasını həyata keçirmək;Nəzərəçarpan nəticələr əldə etməyə yönəlmiş təlim vəsaitləri və materialları hazırlamaq;
• Təlim materiallarının və proqramlarının aktuallığını, düzgünlüyünü və səmərəliliyini təmin etmək;
• İşçilərin bacarıqlarını, performansını və fəaliyyətini qiymətləndirərək inkişaf sahələrini müəyyən etmək;
• Təlimlərin biznes ehtiyaclarına uyğunluğunu və məhsuldarlığın artırılmasını təmin etmək məqsədilə təşkilat fəaliyyətini təhlil etmək;
• Təşkilatın məqsədlərinə uyğun strateji təlim proqramları hazırlamaq;
• Təlim planlarının, nəticələrinin və strategiyalarının uğurla həyata keçirilməsinə nəzarət etmək;
• Şirkət siyasətlərinə və Standart Əməliyyat Prosedurlarına davamlı uyğunluğu təmin etmək.
Tələblər:
• İnsan Resursları, Biznesin İdarəedilməsi və ya əlaqəli sahə üzrə ali təhsil;
• Təlim və inkişaf sahəsində minimum 3 il iş təcrübəsi;
• Təlim proqramlarının hazırlanması və təqdimatı üzrə praktiki bilik;
• Güclü ünsiyyət, təqdimat və analitik düşünmə bacarıqları;
• MS Office proqramlarında sərbəst işləmək bacarığı;
• LMS (Learning Management System) platformaları ilə işləmək təcrübəsi;
• Azərbaycan və ingilis dilində səlis yazılı və şifahi ünsiyyət, rus dili biliyi üstünlükdür
• Strateji və analitik düşünmə bacarığı;
• Liderlik və komanda ilə effektiv işləmək bacarığı;
• Dəyişikliklərə uyğunlaşmaq və təşəbbüskar olmaq;
• Güclü ünsiyyət və təqdimat bacarıqları;
• Vaxtın və prioritetlərin düzgün idarə olunması bacarığı;
• Peşəkar etik qaydalara riayət etmək.
Maraqlanan namizədlər [email protected] email ünvanına “Təlim və inkişaf üzrə böyük mütəxəssis” başlığı ilə CV göndərərək müraciət edə bilər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.