Təmizlikçi Tələblər: Yaş həddi 25 – 35 yaş (xanımlar və bəylər); Komandada işləmək bacarığı; Dil bilgisinə ehtiyac yoxdur; Təmizlik sahəsində 2 il iş təcrübəsi. İş haqqında məlumat: Hər gün stabil olaraq dəhlizlərin, tualetlərin, ofislərin, restoranların və digər ümumi sahələrin təmizlik işlerinin görülməsi; Hoteldə və ofislərdə təmizlik işlərinin həyata keçirilməsini, o cümlədən döşəməni silib-süpürmək, pəncərə və qapıları yuyub-təmizləmək, şüşələri silmək, stol və avadanlıqların tozunu almaq və s. Hoteldən bir qonaq ayrıldıqdan sonra qonağın ayrıldığı otağın digər qonaq üçün təmiz bir şəkildə hazırlanması; Təmizləmə üçün istifadə olunan alət və avadanlıqların istifadədən sonra düz
gün şəkildə yığılması və təmizlik qaydalarına uyğun hərəkət edilməsi; Lazım olacaq təmizlik materiallarını öncədən üst rəhbərdən təmin etmək; Temizlik üçün nezerde tutulan kimyevi maddələrdən düzgün istifadə edilməlidir. İş rejimi və qaydası: Həftədə bir gün istirahət olmaqla, altı günlük iş rejimi; Uniforma, gigiyena qaydaları və pandemi qaydalarına tam riayət etmək; Nahar yeməyi şirkət tərəfindən təmin edilir; AR Əmək Məcəlləsinə uyğun müqavilə bağlanılır. Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini[email protected]elektron ünvanına (mövzu hissəsində vəzifənin adı “Təmizlikçi” qeyd olunmalıdır) göndərə bilərlər.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.