Tender satınalma üzrə mütəxəssis (Tibbi təyinatlı vasitələr) Tələblər: Ali təhsil; Dərman və tibbi təyinatlı vasitələrin xarici satınalması üzrə 3 il iş təcrübəsi; Xarici bazar qiymətlərinin təhlili və müqayisəli təhlil bacarığının olması; Operativlik, çevik qərarvermə və vaxtdan düzgün istifadə bacarıqları; Əla səviyyədə Azərbaycan, Rus və İngilis dili biliyi; Yüksək səviyyədə MS Excel, MS Word və 1C proqramı üzrə biliklər. Vəzifə öhdəlikləri: Tədarükçü şirkətlərdən qiymət təkliflərinin alınması, təkliflərin müqayisəli təhlilinin aparılması və optimal təklifin rəhbərliyə təqdim edilməsi; Xarici şirkətlərlə əlaqələr, əməkdaşlıqlar qurmaq, partnyorların cəlb olunması istiqamətində danışıqlar aparmaq; Sifariş üzrə bazar araşdırması aparmaq və yeni tədarükçülər tapmaq; Sifariş olunan məhsulların qeydiyyatına v�
� digər sənədlərə nəzarətin edilməsi; Təchizatçılarla öncədən razılaşdırılmış şərtlər əsasında müqavilələrin bağlanması; Təchizatçılarlardan alınan qaimələr əsasında ödənişlərin edilməsinə nəzarət edilməsi; Malların vaxtında çatdırılmasına, yük sənədlərinin düzgün hazırlanmasına və malların optimal surətdə daşınmasına nəzarət. İş şəraiti: İş yeri: BEGOC Biznes Mərkəzi (Ünvan: Zərifə Əliyeva küç., 93); 5/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək ; Nahar şirkət tərəfindən təmin olunur; Tibbi siğorta ilə təmin olunma; Əmək haqqı 1000-1500 AZN. Müvafiq tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi[email protected]email ünvanına göndərməyiniz və “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd etməyiniz xahiş olunur.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.