Ölkənin aparıcı veb proqramlaşdırma şirkətlərindən biri olan "OKmedia LLC" şirkəti növbəti TƏQAÜDLÜ təcrübə proqramına qəbula start verdi !
Gözləntilərimiz:
– Marketinqəhəddən artıq həvəsli (bu, bizim üçün ən vacibidir)
– Aktiv və gülərüz danışıq tərzi
– Proqramda full-time iştirak imkanı
– Marketinq üzrə ali təhsil
Təcrübə proqramında nələr öyrədiləcək:
– Digital məhsullar üzrə bazar araşdırmasının aparılması
– Məşhur türk marketinq adamlarının çıxışlarının izlənməsi və onların analiz olunması
– Korporativ sosial layihələrin marketinqdə və marka siyasətində önəmi
– Marketinq kampaniyalarının, aksiyaların keçirilməsində iştirak etmək
– Müştərilərlə şirkət arasında düzgün ünsiyyətin qurulması
– İşgüzar görüşlərdə, team-building, networking tədbirlərində iştirak
– Biznesin inkişafı üçün yeni marketinq ideyalarının aşkarlanması, yeni digital məhsullar üzərində işlərin aparılması
İş şəraiti və şərtlər:
– Koroğlu m. yaxınlığında biznes plazada əla şəraitli ofis
– Korporativ nömrə, telefon, macbookla təmin olunma
– Qrafik: həftədə 6 gün, 10:00 – 18:00
– Kreativ və gənc komanda
– Proqramı yüksək nəticə ilə bitirdikdə staff olaraq işə qəbul şansı
– Proqram müddəti: 3 ay
– Aylıq 150 azn təqaüd
Müraciət:
– Fotoşəkilli CV faylını “Marketing Intern” mövzusu ilə "[email protected]" ünvanına göndərin.
– Niyə məhz sizi seçməli olduğumuza dair fikrinizi mətn hissəsində yazmağınız böyük üstünlük hesab olunacaq.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.