Şirkət: Tam Store

Vakansiya: Texniki dəstək üzrə təcrübəçi

Əsas vəzifə öhdəlikləri:

Mağazalarda və ofisdə yaranan IT problemlərinin operativ şəkildə həllinin təmin edilməsi;

İstifadəçilərdən daxil olan sorğuların qəbul edilməsi, qeydiyyata alınması və icrasının təmin olunması;

Kompüter, printer, POS terminal, barkod skaner, kassa avadanlıqları və digər texniki vasitələrin quraşdırılması və sazlanması;

Microsoft Windows əməliyyat sistemi, Microsoft Office proqramları və digər proqramlar üzrə texniki dəstəyin göstərilməsi;

Şəbəkə, internet, Wi-Fi, router və switch avadanlıqları üzrə ilkin diaqnostika və texniki dəstəyin təmin edilməsi;

Yeni istifadəçilər üçün avadanlıqların hazırlanması, konfiqurasiyası və təhvil verilməsi;

IT avadanlıqlarının qeydiyyatının aparılması və mütəmadi izlənməsi;

Uzaqdan, zərurət olduqda isə yerində texniki dəstəyin göstərilməsi;

Gündəlik texniki problemlər üzrə hesabatların hazırlanması və təqdim edilməsi;

Mağaza sistemlərinin fasiləsiz fəaliyyətinə nəzarət edilməsi və davamlı texniki dəstəyin təmin olunması.

 

Tələb olunan bilik və bacarıqlar:

Şəbəkə avadanlıqları üzrə baza biliklər;

Problemlərin operativ həlli və effektiv qərarvermə bacarığı;

Komandada işləmək və effektiv ünsiyyət qurmaq bacarığı;

Məsuliyyətlilik, intizam və işə ciddi yanaşma.

 

Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:

Ali təhsil(Müvafiq sahə üzrə);

Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı;

İngilis dili üzrə yüksək səviyyə (Upper-Intermediate).

 

İş şərtlərimiz:

İş qrafiki: Tam iş günü (5 gün);

İş saatları: 09:00-18:00;

İş yeri: Bakı şəh., Aşıq Molla Cümə küç. 46 D

 

Biz nə təklif edirik:

Peşəkar komanda mühiti;

Şirkət hesabına korporativ nömrə.

 

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Texniki dəstək üzrə təcrübəçi” yazaraq [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.