Tamstore MMC “Texniki dəstək üzrə təcrübəçi” vakansiyası elan edir:
Əsas vəzifə öhdəlikləri:
· Mağazalarda və ofisdə yaranan IT problemlərinin operativ şəkildə həllinin təmin edilməsi;
· İstifadəçilərdən daxil olan sorğuların qəbul edilməsi, qeydiyyata alınması və icrasının təmin olunması;
· Kompüter, printer, POS terminal, barkod skaner, kassa avadanlıqları və digər texniki vasitələrin quraşdırılması və sazlanması;
· Microsoft Windows əməliyyat sistemi, Microsoft Office proqramları və digər proqramlar üzrə texniki dəstəyin göstərilməsi;
· Şəbəkə, internet, Wi-Fi, router və switch avadanlıqları üzrə ilkin diaqnostika və texniki dəstəyin təmin edilməsi;
· Yeni istifadəçilər üçün avadanlıqların hazırlanması, konfiqurasiyası və təhvil verilməsi;
· IT avadanlıqlarının qeydiyyatının aparılması və mütəmadi izlənməsi;
· Uzaqdan, zərurət olduqda isə yerində texniki dəstəyin göstərilməsi;
· Gündəlik texniki problemlər üzrə hesabatların hazırlanması və təqdim edilməsi;
· Mağaza sistemlərinin fasiləsiz fəaliyyətinə nəzarət edilməsi və davamlı texniki dəstəyin təmin olunması.
Tələb olunan bilik və bacarıqlar:
· Şəbəkə avadanlıqları üzrə baza biliklər;
· Problemlərin operativ həlli və effektiv qərarvermə bacarığı;
· Komandada işləmək və effektiv ünsiyyət qurmaq bacarığı;
· Məsuliyyətlilik, intizam və işə ciddi yanaşma.
Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:
· Ali təhsil(Müvafiq sahə üzrə);
· Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı;
· İngilis dili üzrə yüksək səviyyə (Upper-Intermediate).
İş şərtlərimiz:
· İş qrafiki: Tam iş günü (5 gün);
· İş saatları: 09:00-18:00;
· İş yeri: Bakı şəh., Aşıq Molla Cümə küç. 46 D
Biz nə təklif edirik:
· Peşəkar komanda mühiti;
· Şirkət hesabına korporativ nömrə.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Texniki dəstək üzrə təcrübəçi” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.