ENSOL MMC peşəkar komandamıza qoşulmaq üçün "Texniki ofis mühəndisi" vakansiyası elan edir:

 

Vəzifə Öhdəlikləri:

Layihə sənədlərinə uyğun ümumi tikinti işləri üzrə layihə smeta sənədlərini tərtib etmək

Layihədəki tikinti işlərinin smeta dəyərini hazırlamaq;

Texniki sənədlərin hazırlanması və aidiyyəti qurumlarla koordinasiyanın təmin edilməsi

Yerinə yetirilmiş işlərin smeta və layihəyə uyğun yerinə yetirilməsinin yoxlanılması

Təsdiq olunmuş qiymətlər cədvəlinə uyğun olaraq Forma 2 və Forma 3-ün tərtib olunması

Layihə/Spesifikasiya və Smeta arasındakı uyğunsuzluqları müəyyən etmək;

Layihə üzrə görulən işlərin iş planının hazırlanması,layihə işləri üzrə tapşırıqların icrası haqqında hesabatların tərtib edilməsi

Tikinti- quraşdırma, təmir və digər işlərinin qiymətləndirilməsində iştirak etmək;

Görülmüş işlərin təhvil-təslim aktlarının tərtib olunması

Smetaların bazar qiymətləri ilə hesablanması;

Sahələrdən gələn texniki hesabatların yoxlanması.

Tələblər:

Ali təhsil (İnşaat üzrə);

Tikinti sahəsində ümumi olaraq 3 ildən yuxarı iş təcrübəsi;

İnnovativ standartlara uyğun işləməyi bacarmalı;

Tikinti sahəsi üzrə normativ sənədlər və texnologiyalar üzrə müvafiq biliklərə malik olmaq

MS Office (Word, Excel), AutoCad proqramlarını yüksək səviyyədə bilməli;

Yüksək səviyyədə analitik-riyazi biliklər;

İnşaat norma və qaydalarını bilməlidir;

 

Əmək haqqı : Namizədin bilik və bacarıqlarına görə müəyyənləşdiriləcəkdir.

İş qrafiki : 6 günlük, 09.00-18.00

Ünvan: Zığ q.

Tələblərə cavab verən namizədlərdən mövzu başlığına “Texniki Ofis Mühəndisi” adını qeyd edərək [email protected] elektron ünvanına CV-ni göndərməkləri xahiş olunur.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.