TƏBİB tabeliyində olan Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi (RTTTYM) Mərkəzi Çağrı xidmətinə Çağırış üzrə tibb bacısı vəzifəsi üzrə vakant yer elan edir:
İş yeri:
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi
Əməkhaqqı:
“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydasına uyğun olaraq tənzimlənir.
Tələb olunan bilik, təcrübə və bacarıqlar:
▪️ Orta ixtisas tibb təhsili;
▪️ Sahə üzrə 1 il iş təcrübəsi;
▪️Kompüter bilikləri: Microsoft Office (sərbəst səviyyədə);
Şəxsi keyfiyyət və bacarıqlara dair tələblər:
▪️Operativlik
▪️Təmkinlilik
▪️ Məsuliyyətlilik
▪️İntizamlılıq
▪️ Ünsiyyət bacarığı.
İşin təsviri:
▪️ Zənglər üzrə çağırışları qəbul etmək və onları müvafiq briqadalara düzgün çatdırmaq;
▪️Ərazi bölgüsünə əsasən briqadalara çağırışlar üzrə operativ rəhbərlik etmək və onların olduqları yeri nəzarətdə saxlamaq;
▪️Çağırışların təmin edilməsi üzrə işin operativliyinə nəzarət etmək;
▪️Çağırış qəbulu və ötürülməsi üzrə tibb heyəti ilə danışarkən verilən suallara aydın və qısa cavab vermək;
▪️Rəhbərliyi bütün fövqəladə hallarla bağlı məlumatlandırmaq.
Əlavə qeydlər:
• İş qrafiki: növbəli
Müraciət etmə qaydaları:
Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmələri xahiş olunur:
▪️ CV [email protected] ünvanına göndərilməlidir;
▪️ Mövzu sətrində müraciət etdiyiniz vəzifənin adı və iş yeri (RTTTYM – Çağırış üzrə tibb bacısı) qeyd olunmalıdır;
▪️CV-lər 30.09.2025-ci il tarixinə qədər göndərilməlidir.
Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlərlə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılaraq müsabiqəyə dəvət olunacaqlar.
Diqqət: IT təhlükəsizliyi səbəbilə *yandex.ru, *mail.ru, *list.ru, *inbox.ru, *bk.ru, *yahoo.com. domenlərindən e-məktub qəbul edilmədiyini nəzərə alaraq, müraciətinizi başqa domenli elektron poçt ünvanlarından göndərməyiniz xahiş olunur.