"Qarabağ Universitetinin Klinikası" Publik Hüquqi Şəxsi "Tibb və Sağlamlıq Elmləri" Fakültəsinin "Tibb və Tibb bacılığı/qardaşlığı" bölümünə "Assistent" vakansiyasını elan edir!

 

İş yeri: Xankəndi şəhəri

Iş qrafiki: Tam ştat

 

Vəzifə öhdəlikləri:

·     Fakultə bölümündə daxili proqram gündəliyini hazırlamaq;

·     İclas zamanı müzakirə olunan məsələləri qeyd edib, qərarların sənədləşdirilməsini təmin etmək;

·     Qərarların yazılması, yayılması və arxivləşdirilməsi işlərini həyata keçirmək;

·     Daxil olan və göndərilən sənədlərin, rəsmi yazışmaların qanunvericiliyə uyğun şəkildə tərtib etmək;

·     Fakültə bölmələri arasında sənəd dövriyyəsini əlaqələndirmək;

·     Tədris və imtahan proseslərinin inzibati hazırlığını (tədris cədvəli, imtahan hazırlıqları, dərs otaqlarının təşkili) nəzarətdə saxlamaq;

·     Tələbələrin dərs və imtahan prosesinə dəstək olmaq, düzgün istiqamətləndirmək;

·     Aidiyyatı üzrə tərəfdaşlarla səmərəli ünsiyyət qurmaq, elan və məlumatlandırma işlərini həyata keçirmək.

 

Tələblər:

·     Ali təhsil (bakalavr) – İdarəetmə, kommunikasiya, xarici dil və oxşar sahələr üzrə təhsili olan namizədlər;

·     Azərbaycan (ana dili), Xarici dil: - Türk və İngilis dili (yazılı və şifahi formada yüksək ünsiyyət bacarığı);

·     MS Office proqramlarında (Word, Excel, PowerPoint) və e-poçt platformalarında təcrübəyə malik olmaq;

·     Ofis avadanlıqları (faks, printer və s.) ilə işləmək bacarığı və bu sahədə təcrübə;

·     Yüksək ünsiyyət, kommunikasiya və planlama bacarığı;

·     Üstünlükdür: Universitet və ya akademik müəssisələrdə inzibati sahədə iş təcrübəsi olan namizədlər.

 

Müraciət Qaydası:

Maraqlanan şəxslər 05 sentyabr 2025-ci il tarixinədək [email protected] elektron poçt ünvanına “Fakultə bölümü asistenti” başlığı ilə CV göndərməlidirlər.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.