Sağlam Ailə klinikasıTibbi nümayəndəvakansiyası elan edir. Vəzifə öhdəlikləri: • Klinikanın xidmətləri barədə təqdimatlar keçirtmək; • Yeni müştərilərin tapılması və partnyor şəbəkəsinə daxil edilməsi; • Müştərilərin tələblərini nəzərə alaraq onlara köməklik göstərmək və onları maraqlandıran bütün suallar ətrafında geniş məlumat vermək; • Müştərilərlə görüşlər keçirmək, təqdimat və təkliflər hazırlamaq; • Satış aksiyaları və kampaniyalar haqqında müştəriləri məlumatlandırmaq Tələblər: • Ali təhsili olan (tibbi təhsili olanlara üstünlük verilir); • Dil bilikləri olan (Rus dilində danışıq bacarığı, İngilis dili arzu olunan); • Satış sahəsində ən az 2 il iş təcrübəsi olan (tibbi avadanlıq, tibbi material, tibbi xidmətlər. və s.); • MS Office proqramlarını bilən; • Ünsiyyətcil, məsuliyyətli və komandada işləmək bacarığı olan; • Karyerasını satış sahəsində qurmaq istəyi olan; • Biznes
etikası və biznes görünüşə sahib olan; • Müştərilərlə sıx və yüksək səviyyəli münasibət qura bilən; • Analitik düşünmə qabliyyəti olan; • Fikrini dəqiq, lokanik və özünə əminliklə təqdim etmə bacarığı olan; • Ünsiyyət tərzi ilə müştəriləri cəlb etmə və inandırmaq bacarığı olan; • Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi olan; İş şəraiti: - İş günü: 6 gün; - AR Əmək Qanunvericiliyinə uyğun sənədləşmə; - Əmək haqqı müsahibə əsnasında müzakirə ediləcək; - Özü və ailə üzvləri üçün endirimli tibbi xidmətlər; Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq “Tibbi nümayəndə” qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq)[email protected]elektron ünvanına göndərə bilərlər. Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.