Tikinti məhsulları və avadanlıqlarının satışı şirkətinə satınalma mütəxəssisi axtarılır. Tələblər • Satınalma sahəsində ən azı 2 illik təcrübə; • Müvafiq sahədə ali təhsil; • Azərbaycan dilində sərbəst, İngilis və Rus dillərində bilik isə arzuolunandır; • Kompüter bilikləri (MS Office və s.); • Yerli tikinti bazarı haqqında biliklər. Vəzifə funksiyaları • Satınalma sorğularına nəzarət, yoxlanılması və hesabatlarının hazırlanması; • Bazarın təhlili, tələb olunan materialların daxili və xarici bazarda araşdırılması, təchizatçı bazasının hazırlanması və təhlili; • Tender sorğularının hazırlanması və qiymətləndirilməsi, əsaslar və tələb olunan sənədlərə istinadən məhsul və xidmətlərin seçim prossesinin yekunlaşdırılması; • Satınalma prossesinin ən əlverişli şərt
lərlə həyata keçirmək; • Təchizatçıların seçimi və qiymətləndirilməsi; • Satınalma ilə bağlı hesabat, təqdimat, müqavilə və s. sənədlərin hazırlanması; • Tədarükçü şirkətlərdən qiymət təkliflərinin alınması, təkliflərin müqayisəli təhlilinin aparılması və optimal təklifin rəhbərliyə təqdim edilməsi • Etibarlı satıcı və təchizatçılar bazasının inkişaf etdirilməsi; • Yüksək keyfiyyətli məhsulları ən uyğun qiymətə əldə etmək üçün idarəetmənin bütün üzvləri ilə sıx əməkdaşlıq etmək. İş qrafiki: 5 gün, 09:00-18:00. Əmək haqqı: 1000 AZN. İş yeri: Bakı şəhəri, Badamdar qəsəbəsi Müraciət etmək istəyən şəxslər CV-lərini[email protected]mail ünvanına mövzu başlıq yerinə "satınalma" yazaraq göndərə bilərlər.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.