PMD Projects MMC " Topoqraf köməkçisi " vakansiyasını elan edir. Vəzifə öhdəlikləri: - Geodeziya İstinad Şəbəkəsinin qurulması və yerində aktla podratçıya təhvil verilməsi; - Geodeziya işlərinin yerinə yetirilməsi (çöl işləri jurnalının doldurulması, vaxtı-vaxtında və keyfiyyətli icra çəkilişlərinin aparılması, açıq xəndəklərdə yeraltı kommunikasiyaların icra çəkilişlərinin aparılması, geodeziya icra sənədlərinin tərtib edilməsi, saxlanılması və müvafiq qurumlara ötürülməsi); - Tikinti-quraşdırma işləri zamanı təhkim edilmiş personalın işinə seçmə üsulla nəzarət etmək, aşkarlanmış nöqsanlar barədə layihəçi, rəhbərlik və digər texniki personala məlumat verməklə inşaat jurnalına qeyd edilməsini təmin etmək; - Layihəçi və ya dizayn qrupundan cizgi və texniki sənədlərin qəbulu, geometrik ölçülərdə
ehtimal olunan xətaların yoxlanılması, bölgü plan və cizgilərinin hazırlanması; - İnşaatı tamamlanmış obyektlərin təhvilində iştirak etmək; - Zəruri hesabatların hazırlanmasını təmin etmək; - Rəhbərlik tərəfindən tapşırılan digər oxşar işlər. Tələblər: - Ali təhsil: "Geodeziya və xəritəçilik mühəndisiyi" ixtisası üzrə bakalavr dərəcəsi; - İş təcrübəsi: Müvafiq sahə üzrə azı 6 ay iş təcrübəsi arzuolunandır. - Dil bilikləri: Azərbaycan dili – səlis; İngilis dili - orta - Kompüter bacarıqları: MS Office, AutoCAD, AutoCAD Civil 3D; - Rayonlarda çalışmağa açıq olmaq. Maraqlanan şəxslərdən CV - lərini vəzifə adı göstərilməklə[email protected]ünvanına göndərmələri xahiş olunur. Yalnız uyğun gələn namizədlərlə əlaqə saxlanılacaqdır.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.