Toyota Bakı Mərkəzi 19-cu “Toyota Arzuların Maşını” beynəlxalq rəsm müsabiqəsini elan edir.

 

Müsabiqənin şərtləri:

Kim iştirak edə bilər: Azərbaycan Respublikasında yaşayan 15 yaşa qədər olan hər bir uşaq.

Yaş kateqoriyası:

1-ci kateqoriya 1-7 yaş;

2-ci kateqoriya 8-11 yaş;

3-cü kateqoriya 12-15 yaş.

 

 Uşaqlar nə çəkməlidirlər:

Dünyanı gözəlləşdirən, insanlara xeyir verən, ekoloji təmiz, fantastik, xəyal etdiyi və hamının xoşbəxt olacağı gələcəyin “Toyota” dünyası

Rəsmlər karandaş, yağlı karandaş(pastel),flomaster, boya, yağlı boya, akvarel ilə A3 formatlı kağızda çəkilməlidir. Rəsmlərdə milli və dövlət atributları, ölkələr, şəhərlər, film və animasiya qəhrəmanlarının obrazları istifadə edilməməlidir.

“Toyota Arzuların Maşını” (Toyota Dream Car Art Contest) müsabiqəsi iki mərhələdə keçirilir.

Birinci mərhələ Azərbaycanda, ikinci - beynəxalq müsabiqə Yaponiyada keçiriləcək.

Milli turda qalib gələn 9 rəsm Yaponiyadakı müsabiqədə iştirak edəcək.

Milli müsabiqənin 9 qalibi “Toyota Bakı Mərkəzi” tərəfindən beynəlxalq sertifikat və hədiyyə ilə mükafatlandırılacaq. Müsabiqənin dünya üzrə qalibi isə “Toyota” tərəfindən pul mükafatı və sertifikat ilə təltif ediləcək.

Bütün məktəbləri, rəsm qalerayalarını və dərnəkləri müsabiqəyə dəvət edirik!

 

Rəsmlər 1 Noyabr 2025-ci il tarixindən 30 Dekabr 2025-ci il tarixinədək Toyota Bakı Mərkəzində qəbul edilir.

 

Ətraflı məlumat üçün:

 +99412 496 70 10

 +99450 265 70 77 (Marketinq departamenti)

 +99450 577 22 29

 Xətai r-nu, F.Bayramov 26

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.