Türkiye-Azerbaijan University (TAU) sürücü vəzifəsinə vakansiya elan olunur.

 

Tələblər:

· Müvafiq sürücülük vəsiqəsi (B, C kateqoriyası);

· Sürücü olaraq ən azı 3 il iş təcrübəsi;

· Yol hərəkəti qaydaları və nəqliyyat vasitələrinin texniki xidmət qaydaları barədə biliklər;

· Nizam-intizamlı, məsuliyyətli və diqqətli olmaq;

· Dil biliyi: Azərbaycan və türk dillərində sərbəst ünsiyyət qurmaq bacarığı (əlavə dil biliyi üstünlük olaraq qəbul olunacaq).

 

Əsas vəzifələr:

· Rəhbərliyin işgüzar səfərlərinin təhlükəsiz və vaxtında həyata keçirilməsi;

· Avtomobilin təmiz və saz vəziyyətdə saxlanılması;

· Avtomobilin təmir və texniki xidmət planına uyğun olaraq təmir mərkəzlərinə vaxtında aparılması;

· Universitet tədbirlərində və ezamiyyələrdə nəqliyyat xidməti göstərilməsi;

· Yol hərəkəti qaydalarına ciddi riayət edilməsi və təhlükəsizlik standartlarının təmin edilməsi;

· Avtomobilin yanacaq sərfiyyatının uçotunun aparılması və hesabatların təqdim edilməsi.

 

Tələblərə uyğun namizədlər mövzu yerində mövcud vakansiya adını qeyd etməklə CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.

 

Müraciət üçün son tarix: 10.10.2025

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.