Türkiyə-Azərbaycan Universitetində (TAU) ingilis dili hazırlıq proqramlarında dərs keçmək üçün müəllim vəzifəsinə vakansiya elan edilir.
Tələblər:
Ali təhsil (ingilis dili müəllimliyi, ingilis dili filologiyası, ingilis dili üzrə tərcüməçilik, İngilis dili və ədəbiyyatı ixtisaslarında magistr dərəcəsi);
İngilis dilinin tədrisi üzrə minimum 2 (iki) - 5 (beş) il pedaqoji təcrübə
Beynəlxalq dil sertifikatına (CELTA, DELTA, TOEFL) malik olmaq.
Dil və təlim sertifikatı üzrə tələblər:
TOEFL imtahanından minimum 100/120 bal
CELTA və ya DELTA sertifikatı üzrə uğurlu nəticə (Pass, Pass B və ya Pass A kimi nəticələr qəbul edilir);
İngilis dilində motivasiya məktubu;
İnnovativ, interaktiv metod və texnologiyalardan istifadə bacarığı;
Tələbəyönümlü və səriştəəsaslı tədris yanaşmalarından istifadə bacarığı;
Yüksək kommunikasiya və tədqiqatçılıq bacarıqları.
Tələblərə uyğun namizədlər mövzu yerində mövcud vakansiya adını qeyd etməklə öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət üçün son tarix: 20.09.2025