Türkiyə-Azərbaycan Universitetində Mühəndis (SƏTƏM) vəzifəsinə vakansiya elan edilir
Türkiyə-Azərbaycan Universitetində (TAU) əməyin mühafizəsi, texniki təhlükəsizlik və ətraf mühit sahəsində fəaliyyətin yüksək səviyyədə təşkilini təmin etmək üçün peşəkar Mühəndis (SƏTƏM) vəzifəsinə vakansiya elan edilir.
Tələblər:
Müvafiq sahə üzrə ali təhsil;
SƏTƏM sahəsində ən azı 3 il iş təcrübəsi (mütləqdir);
Əməyin mühafizəsi üzrə yerli və beynəlxalq standartlarla bağlı sertifikatlar (ISO 45001, 14001 üstünlükdür);
Risklərin idarə olunması bacarığı;
Analitik düşüncə və məsuliyyətlilik;
Komandada işləmə bacarığı.
Öhdəliklər:
Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarının tətbiqinə nəzarət;
Risk qiymətləndirilməsinin aparılması və hesabatların hazırlanması;
İş yerlərində təhlükəsizlik təlimlərinin keçirilməsi;
Qəza və insidentlərin araşdırılması və qarşısının alınması üçün tədbirlərinin görülməsi;
Ətraf mühitin mühafizəsi ilə bağlı normativ tələblərin icrasının təmin edilməsi;
Müvafiq sənədləşmə və hesabatların hazırlanması;
Rəhbərlik tərəfindən verilən digər tapşırıqların icrası.
İş şəraiti:
İş qrafiki: 5 günlük iş həftəsi;
İş saatı: 09:00 – 18:00;
Əmək haqqı: müsahibə əsasında müəyyən olunur.
Tələblərə uyğun namizədlər mövzu yerində mövcud vakansiya adını qeyd etməklə, öz CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.
Müraciət üçün son tarix: 31.03.2026