Türkiyə-Azərbaycan Universitetində (TAU) İnsan resursları üzrə menecer vəzifəsinə vakansiya elan edilir.

Tələblər:

·        Ali təhsil (idarəetmə, insan resursları, biznes idarəçiliyi və ya əlaqədar sahə üzrə);

·       İnsan resursları sahəsində minimum 3 il, rəhbər vəzifədə isə ən azı 1 il iş təcrübəsi (əcnəbilərlə işləmə təcrübəsi, təhsil və ya dövlət sektorunda təcrübə üstünlükdür);

·        Ofis proqramlarında, xüsusilə Excel və HR proqram təminatlarında işləmə bacarığı;

·        Azərbaycan Respublikası Əmək Məcəlləsi, Miqrasiya Məcəlləsi və digər müvafiq qanunvericilik üzrə bilikləri;

·       Elektron Hökümət Portalları ilə işləmə bacarığı;

·        Yüksək səviyyədə yazılı və şifahı ünsiyyət bacarığı (Türkiyə türkcəsi və ingilis dili bilikləri üstünlükdür);

·        Güclü təşkilatçılıq, kommunikasiya bacarıqları;

·       Komandada işləmək bacarığı;

·        Analitik düşünmə və problemləri həll etmə bacarıqları.

Öhdəliklər:

·        İnsan resursları strategiyası üzrə fəaliyyətləri həyata keçirmək;

·        Əcnəbilərin qanunvericiliyə uyğun işə qəbulu və adaptasiya proseslərini idarə etmək;

·        Əmək və Miqrasiya qanunvericiliyinə və universitetin daxili qaydalarına uyğun sənədləşmə proseslərini həyata keçirmək;

·        İnsan resursları üzrə siyasət və prosedurların hazırlanması, yenilənməsi və tətbiqini təmin etmək;

·        Əməkdaşlar arasında effektiv kommunikasiya mühitini formalaşdırmaq;

·        İR üzrə hesabatları hazırlamaq, kadr məlumat bazasının idarə etmək;

·       Universitetin kadr ehtiyaclarının müəyyənləşdirilməsi və müəllimlərin yetişdirilməsi prosesini təşkil etmək.

Tələblərə uyğun namizədlər mövzu yerində mövcud vakansiya adını qeyd etməklə, öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət üçün son tarix: 30.11.2025

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.