Türkiyə-Azərbaycan Universitetində (TAU) ingilis dili hazırlıq proqramlarında dərs keçmək üçün müəllim vəzifəsinə vakansiya elan edilir. 

 

Tələblər:

• Ali təhsil (ingilis dili müəllimliyi, ingilis dili filologiyası, ingilis dili üzrə tərcüməçilik, İngilis dili və ədəbiyyatı ixtisaslarında magistr dərəcəsi);

• İngilis dilinin tədrisi üzrə minimum 2 (iki) - 5 (beş) il pedaqoji təcrübə;

• Beynəlxalq dil sertifikatına (CELTA, DELTA, TOEFL) malik olmaq.

 

Dil və təlim sertifikatı üzrə tələblər:

• TOEFL imtahanından minimum 100/120 bal;

• CELTA və ya DELTA sertifikatı üzrə uğurlu nəticə (Pass, Pass B və ya Pass A kimi nəticələr qəbul edilir);

• İngilis dilində motivasiya məktubu;

• İnnovativ, interaktiv metod və texnologiyalardan istifadə bacarığı;

• Tələbəyönümlü və səriştəəsaslı tədris yanaşmalarından istifadə bacarığı;

• Yüksək kommunikasiya və tədqiqatçılıq bacarıqları.

 

Tələblərə uyğun namizədlər mövzu yerində mövcud vakansiya adını qeyd etməklə öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət üçün son tarix: 30.08.2025

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.