Türkiyə-Azərbaycan Universitetində usta-elektrik vəzifəsinə vakansiya elan edilir
Türkiyə-Azərbaycan Universitetində (TAU) texniki xidmət üçün usta-elektrik vəzifəsinə vakansiya elan edilir.
Tələblər:
Elektrik və təmir-tikinti sahəsi üzrə peşə və ya orta ixtisas təhsili;
Müvafiq sahələrdə (elektrik və təmir-tikinti işlərində) ən azı 2-3 il iş təcrübəsi;
Elektrik sxemlərini oxumaq və müxtəlif alətlərlə işləmə bacarığı;
Təhlükəsizlik qaydalarına dair biliklər (4-cü və ya 5-ci dərəcəli elektrik vəsiqəsi üstünlükdür);
Yanğın təhlükəsizliyi qaydaları üzrə biliklərə malik olmaq;
Fövqəladə hallarda operativ və düzgün qərar vermək bacarığı;
Məsuliyyətli, intizamlı və operativ olmaq;
Komandada işləmək və əməkdaşlıq bacarığı.
Öhdəliklər:
Universitet binasında elektrik avadanlıqlarının və şəbəkənin fasiləsiz işləməsini təmin etmək;
Elektrik avadanlıqlarında və naqillərdə yaranmış nasazlıqları operativ formada aşkarlamaq və aradan qaldırmaq;
Təmir-tikinti işlərində (bərpa və digər texniki işlər) iştirak etmək və dəstək göstərmək;
Elektrik xətlərinin və təmir-tikinti işlərinin təhlükəsizlik qaydalarına uyğun aparılmasını təmin etmək;
Yanğın təhlükəsizliyi avadanlıqlarına nəzarət etmək, onların işlək vəziyyətdə saxlanılmasını təmin etmək;
Yanğın təhlükəsizliyi qaydalarına riayət etmək və fövqəladə hallarda adekvat tədbirlər görmək;
Texniki baxış və proflaktiki işləri planlı şəkildə həyata keçirmək.
İş şəraiti:
İş qrafiki: 5 günlük iş həftəsi;
İş saatı: 09:00 – 18:00;
Əmək haqqı: müsahibə əsasında müəyyən olunur.
Tələblərə uyğun namizədlər mövzu yerində mövcud vakansiya adını qeyd etməklə, öz CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.
Müraciət üçün son tarix: 31.03.2026