Vakansiya – Təhsil Departamentinin Koordinatoru 

 

Xəzər Universiteti Təhsil Departamentinin Koordinatoru vəzifəsi üzrə vakansiya elan edir. Seçiləcək namizəd departamentin akademik, metodiki və inzibati fəaliyyətinin əlaqələndirilməsində iştirak edəcək, təhsil proqramlarının keyfiyyətinin artırılmasına, tədris prosesinin səmərəli təşkilinə, eləcə də universitetin strateji inkişaf və beynəlmiləlləşmə məqsədlərinin həyata keçirilməsinə töhfə verəcəkdir.

 

Əsas vəzifə öhdəlikləri:

-Bakalavr, magistr və fəlsəfə doktorluğu proqramlarının institusional, milli və beynəlxalq akademik standartlara uyğun şəkildə koordinasiyası.

-Tədris planlarının, dərs cədvəllərinin və akademik təqvimlərin planlaşdırılması və davamlı təkmilləşdirilməsində iştirak.

-Akkreditasiya tələblərinə, akademik keyfiyyət təminatı sistemlərinə və təhsil qanunvericiliyinə uyğunluğun təmin edilməsi.

-Müəllim heyəti, tələbələr və universitet rəhbərliyi arasında effektiv kommunikasiya.

-Tədris proqramları, sillabuslar, qiymətləndirmə materialları və akademik hesabatlar daxil olmaqla akademik sənədlərin hazırlanması və saxlanılması.

-Pedaqoji elmi-tədqiqat fəaliyyətlərinin, akademik tədbirlərin və beynəlxalq əməkdaşlıqların koordinasiyasında iştirak.

-Akademik proseslərə nəzarət və dövri hesabatların hazırlanması.

 

Tələblər:

-Pedaqogika üzrə fəlsəfə doktoru elmi dərəcəsi.

-Ali təhsil müəssisəsində tədris və/və ya akademik-inzibati iş təcrübəsi.

-Güclü təşkilati və analitik bacarıqlar.

-İngilis dilində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı.

-AKTS prinsipləri və beynəlxalq ali təhsil standartları üzrə biliklər.

 

Müraciət qaydası:

Namizədlərdən CV və akademik diplomların və müvafiq sertifikatların surətlərini aşağıdakı e-mail ünvanlarına göndərmələri xahiş olunur:

[email protected],

[email protected],

[email protected].

Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.