TOBA kollektivininə “velosiped təmir ustası (mexanik)” vakansiyası üzrə yeni əməkdaşlar axtarırıq.

Tələb olunan texniki bilik və bacarıqlar:

  • Təkər dəyişdirilməsi;
  • Əyləc sistemləri: V-brake, disk (mexaniki və hidravlik) əyləclərin sazlanması;
  • Sürətlər sistemi: arxa və ön dəyişdiricilərin (derailleur) tənzimlənməsi
  • Zəncir dəyişdirilməsi;
  • Sükan sistemi sazlanması, boşluqların aradan qaldırılması;
  • Pedal, orta ox (bottom bracket) problemlərinin həlli;
  • Xüsusi velosiped alətlərindən düzgün istifadə;
  • Diaqnostika bacarığı: səsi, titrəyişi və davranışı analiz edib problemi tapmaq;

Nəzəri bilik

  • Velosiped növləri (dağ, yol, şəhər, gravel və s.) arasındakı fərqlər;
  • Materiallar (alüminium, karbon, polad) və onlara uyğun yanaşma;
  • Hissələrin uyğunluğu (standartlar, ölçülər);

Müştəri ilə ünsiyyət

  • Müştərinin bildirdiyi problemi düzgün başa düşmək;
  • Problemi və həll yolunu müştəriyə sadə dildə izah etmək;
  • Düzgün məsləhət vermək (nə təmir olunsun, nə dəyişdirilsin);
  • Etibarlılıq və dürüstlük;
  • Təmiz işləmək, velosipedi səliqəli qaytarmaq;
  • Vaxtında təhvil vermək;
  • Təhlükəsizlik qaydalarına riayət;

Şirkət təklif edir:

  • Mağaza və servis mühitində işləmək;
  • Təmir və diaqnostika avadanlıqları ilə təmin olunma;
  • Rəsmi qeydiyyat və əməkhaqqı sistemi;
  • Əməkhaqqı: 700-1000 AZN
  • İş yeri: Sədərək TM

Əlaqə nömrəsi 055-220-23-72

Qeyd: Namizədlərdən mövzu hissəsində “Toba mexanik” vakansiya adını göstərməklə öz cv-lərini [email protected] elektron poçt ünvanına göndərmələrini xahiş edirik. Yalnız yuxarıda göstərilən tələblərə cavab verən namizədlər müsahibəyə dəvət ediləcəklər.

 

 

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.