Veltoo komandasına təcrübəçi axtarırıq
Yeni nəsil paylaşım iqtisadiyyatını birlikdə qurmaq istəyirik.
Əgər öyrənməyi sevirsənsə, texnologiya ilə işləməkdən zövq alırsansa və startup mühitində real təcrübə qazanmaq istəyirsənsə, bu elan sənin üçündür.
Sənin əsas vəzifələrin
1. Platformanın inkişafına dəstək
- Yeni məhsulların araşdırılması
- Potensial tərəfdaşlarla görüşlərin keçirilməsi
- Məhsulların Veltoo admin panelinə əlavə olunması və idarə edilməsi
2. Sifariş prosesinin idarə olunması
- Müştəri sifarişlərinin qəbul edilməsi
- Məhsulun müştəriyə çatdırılması və geri qaytarılması prosesinin koordinasiyası
- Sifarişlərin problemsiz tamamlanmasına nəzarət
Kimləri axtarırıq?
- 20–28 yaş aralığında
- Texnologiyaya maraqlı və rəqəmsal alətlərlə rahat işləyən
- Məsuliyyətli və operativ
- Ünsiyyət bacarığı yüksək
- Dinamik və təşəbbüskar
- Fikir irəli sürməkdən çəkinməyən
- Öyrənməyə açıq və inkişaf istəyən
Biz nə təklif edirik?
- 3 aylıq təcrübə proqramı
- Təcrübə müddətində aylıq ödəniş
- Sifarişlərin idarə olunmasına görə əlavə bonus sistemi
- Startup mühitində real iş təcrübəsi
- Biznesin qurulma prosesini yaxından öyrənmək imkanı
- Təcrübəni uğurla başa vuran namizədlər üçün daimi iş imkanı
Əgər sadəcə iş deyil, real təcrübə qazanmaq və böyüyən bir layihənin parçası olmaq istəyirsənsə, CV-ni və ya qısa məlumatını bizə göndər. 070 259 2599