VI “Yüksəliş” müsabiqəsinə könüllü qeydiyyatı başladı!

 

VI “Yüksəliş” müsabiqəsinin təşkilati prosesində fəal iştirak etmək, ölkə miqyaslı layihənin mühüm hissəsinə çevrilmək və dəyərli təcrübə qazanmaq istəyən gənclər üçün könüllü qeydiyyatına start verilir.

 

Qeydiyyat üçün tələb olunan əsas meyarlar aşağıdakılardır:

•⁠ ⁠Azərbaycan Respublikasının vətəndaşı olmaq;

•⁠ ⁠18–22 yaş aralığında olmaq;

•⁠ ⁠Azərbaycan dilində səlis danışmaq;

•⁠ ⁠ Tədbir zamanı fəal iştirak üçün vaxt imkanına malik olmaq.

Qeyd: Üstünlük könüllülük və tədbir təcrübəsinə malik olan namizədlərə verilir.

Qeydiyyat müddəti 23 fevral 2026-cı ilədək davam edəcək.

Qeyd edək ki, könüllü qismində iştirak üçün maksimum 500 nəfərin qeydiyyatı nəzərdə tutulmuşdur. Müəyyən edilmiş say həddinə çatdıqdan sonra qeydiyyat avtomatik olaraq dayandırılacaq.

 

Qeydiyyat linki: LİNK

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.