Vizam.az MMC Mühasib köməkçisi- Xəzinədar və Mühasib vakasiyaları elan edir
Maliyyə -Mühasibatlıq Departamentimiz üçün aşağıdakı vakasiyaları elan edirik:
Vakansiya:
- Mühasib köməkçisi- Xəzinədar
- Mühasib-operator
- Mühasib
Vəzifə öhdəlikləri:
Şirkətdə mühasibat uçotunun təşkili və gündəlik əməliyyatların aparılmasını təmin etmək;
E-Qaimə fakturalarının, VHF yazılması, üzləşmə aktlarının tərtib edilməsi;
Pul vəsaitlərinin hərəkətinin təmin edilməsi (kassa mədaxil və kassa məxaric orderlərin yazılması );
Digər Mühasibatlıq əməliyyatları;
Namizədə tələblər:
Təhsil və Təcrübə üzrə:
Təhsil: Maliyyə, Mühasibatlıq və əlaqəli sahə üzrə Ali təhsil;
İş Təcrübəsi: Müvafiq sahə üzrə minimum 1-2 il professional iş təcrübəsi;
Advanced Excel bilikləri mütləqdir
Riyazi zəka, analiz etmə bacarığı və həll yönümlü olmaq;
ACCA sertifikatları üstünlükdür;
Praktiki İngilis dili;
Yaş həddi: max. 28 yaşa qədər
Biz nə təklif edirik:
Gənc və professional kollektivlə çalışmaq
ERP - Odoo Programı paketi
Yüksək komanda ruhunda əməkdaşlıq
Karyera inkişafı üçün şərait
Mərkəzdə yerləşən ofis
İş şəraiti:
İş rejimi: 5/2, 09:00-18:00 (13:00-14:00 nahar).
Əmək haqqı: Təcrübə və KPI göstəricilərinə əsasən, bazar tələblərinə uyğun razılaşdırılır .
Tələblərə uyğun olan namizədlər öz CV formalarını mövzu hissədə, uyğun vakasiyanın adını ( məsələn, “Mühasib köməkçisi- Xəzinədar ”) qeyd edərək [email protected] göndərmələri xahiş olunur.
Müraciət üçün son tarix: 16.03.2026
Şirkət haqqında məlumat linkə keçid edə https://vizam.az/az/haqqimizda və həmçinin aşağıda əlavə açıqlama qeyd edirik.
Vizam.az gənc, dinamik komandası ilə bir neçə səyahət startapı üzərində işləyən turizm şirkətidir. Şirkət 2015-ci ildən fəaliyyət göstərir.
Vizam.az - dünyanın istənilən ölkəsinə səyahət, təhsil və iş vizalarının alınması üçün sənədlərin hazırlanmasına kömək edən onlayn platformadır. Viza üçün müraciətin hazırlanması diqqətli yanaşma tələb edən çətin bir prosesdir. Şirkətimiz sizə viza alınmasında maksimum yardım edir və prosesə cəlb olunmanızı minimuma endirir. Vizam.az rüsumunun bazarla müqayisədə daha aşağı olması bizim xidmətlərimizi müştərilər üçün daha çəlbədici edir. Veb səhifənin aydın interfeysi, sırf viza məsələləri ilə ixtisaslaşma və Yer küçəsinin istənilən nöqtəsinə viza tələbləri haqqında informasiyanı özündə toplayan məlumat bazası Vizam.az-ı xidmət bazarında unikal edir. Vizam.az-la dünyanı kəşf et!