Xalq Bank ADİU tələbələri üçün xüsusi təcrübə proqramı elan edir.



Magistratura pilləsində təhsil alan ADİU tələbələrini bu fürsətdən yararlanmağa dəvət edirik.

Təsvir

·     6 ay davam edən təcrübə müddətində real iş mühiti ilə tanışlıq imkanı;

 

·     Dərs saatları nəzərə alınmaqla gün ərzində 4 saat iş imkanı;

 

·     Təcrübəli komanda üzvlərindən öyrənmə və peşəkar inkişaf fürsəti;

 

·     Korporativ mühit, komandada işləmə və kommunikasiya bacarıqlarının artırılması;

 

·     Təcrübə proqramının sonunda sertifikat əldə etmək imkanı;

 

·     Təcrübə müddəti ərzində aylıq təqaüd;

 

·     Bankda karyera qurmaq şansı.

 

Tələblər

·     Təhsil müəssisəsinin magistratura pilləsində təhsil alan tələbələr;

 

·     Akademik göstəriciləri yüksək namizədlərə üstünlük veriləcək;

 

·     MS Office proqramlarında işləmə bacarığı;

 

·     Dil bilikləri: ingilis və rus dilləri arzuolunandır;

 

·     Yüksək səviyyədə ünsiyyət bacarığına malik olmaq;

 

·     Kollektivdə işləmə bacarığı;

 

·     Öyrənməyə və işləməyə həvəsli olmaq.

Son müraciət tarixi: 30 avqust 2025

Müraciət et

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.