Tamstore MMC “Xərclər və Gəlirlər Bölməsinin rəhbəri” vakansiyası elan edir:
Əsas vəzifə öhdəlikləri:
· Şirkətin bütün xərclərinin və gəlirlərinin uçotunun düzgün və vaxtında aparılmasını təmin etmək;
· Gəlir və xərclərin analitik uçotunu təşkil etmək, aylıq, rüblük və illik hesabatların hazırlanmasına rəhbərlik etmək;
· Büdcə prosesində iştirak etmək, xərclərin büdcə ilə müqayisəli təhlilini aparmaq, uyğunsuzluqlar barədə rəhbərliyə məlumat vermək;
· Xərclərin optimallaşdırılması və maliyyə effektivliyinin artırılmasına dair təkliflər hazırlamaq;
· Bölmədə iş bölgüsünü həyata keçirmək, əməkdaşların fəaliyyətinə nəzarət etmək və onların peşəkar inkişafını təmin etmək;
· Vergi, audit və digər nəzarət orqanları ilə tələb olunduqda məlumat mübadiləsini təmin etmək;
· Mühasibat uçotu sənədlərinin və məlumatların düzgün saxlanılmasını, məxfiliyinin qorunmasını təmin etmək;
· Hesabatlıq və uçot proseslərinin avtomatlaşdırılması və optimallaşdırılması üzrə təşəbbüslər irəli sürmək;
· Təyin edilən digər tapşırıqların icrasını təmin etmək.
Tələb olunan bilik və bacarıqlar:
· Məntiqi və analitik düşünmə tərzi;
· Yüksək səviyyədə Microsoft Office biliklərinin olması (Excel);
· Operativ və məsuliyyətli iş yanaşması;
· Komandada işləmə, sürətli düşünmə, deadline-larla işləmə bacarığı.
Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:
· Ali təhsil (maliyyə, mühasibatlıq və ya əlaqəli sahə üzrə);
· Müvafiq sahədə minimum 2-3 il iş təcrübəsi.
İş şərtlərimiz:
· İş qrafiki: Tam iş günü (5 gün);
· İş saatları: 09:00-18:00;
· İş yeri: Bakı şəh., Aşıq Molla Cümə küç. 46 D
Biz nə təklif edirik:
· Əmək bazarında rəqabətli əməkhaqqı;
· Peşəkar komanda mühiti;
· Şirkət hesabına nahar;
· Şirkət hesabına korporativ nömrə;
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Xərclər və Gəlirlər Bölməsinin rəhbəri” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.