AzTelco Group MMC üçün "Xərclərə Nəzarət üzrə Mütəxəssis" axtarışındayıq!

 

İş yeri: Çinar Plaza, Bakı, Azərbaycan;

İş rejimi: Tam ştat (Ofisdə);

İş qrafiki: Həftənin 5 günü, saat 09:00 – 18:00.

 

Vəzifə Öhdəlikləri:

·   Qrupa daxil olan bütün şirkətlərin xərclərini mərkəzləşdirilmiş şəkildə izləmək və konsolidasiya etmək;

·   Büdcənin planlaşdırılması, icrası və nəzarəti prosesində iştirak etmək;

·   Hər bir şirkət üzrə xərclərin strukturu, trendi və marjaları ilə bağlı mütəmadi təhlillər aparmaq;

·  Planlaşdırılmış büdcədən kənara çıxmaların səbəblərini təhlil etmək və rəhbərliyə hesabat təqdim etmək;

·   Şirkətlərarası müqayisəli xərclər təhlili (benchmarking) aparmaq;

·   Qrup səviyyəsində xərclərin azaldılması və resursların effektiv istifadəsi üzrə strategiyalar təklif etmək;.

·   ERP sistemində (1C ERP və s.) xərc məlumatlarının uyğunluğunu və düzgünlüyünü təmin etmək;

·   Audit yoxlamalarına, daxili nəzarət prosedurlarına və risk qiymətləndirmələrinə dəstək göstərmək

 

 

Tələb Olunan Bilik və Bacarıqlar

 

·   Mühasibat uçotu, Maliyyə, İqtisadiyyat və ya digər əlaqəli sahə üzrə ali təhsil;

·   Müvafiq sahədə 2-3 il iş təcrübəsi;

·   1C Mühasibat proqramında iş təcrübəsi;

·   Excel və digər ofis proqramlarında sərbəst işləmə bacarığı;

·   Diqqətlilik, dəqiqlik və yüksək məsuliyyət;

·   Məxfi məlumatlarla işləmə bacarığı və etik qaydalara riayət etmək;

·   Təhlil aparmaq və hesabat hazırlamaq bacarığı;

·   Azərbaycan və İngilis dillərində yazılı və şifahi ünsiyyət bacarığı;

·   PMS və ya ACCA sertifikatlarının mövcudluğu üstünlükdür.

 

Biz sənə nə təklif edirik?

   İnnovativ və dəstəkləyici iş mühiti;

   Gənc və enerjili komanda ilə işləmək fürsəti;

   Öz ideyalarını reallaşdırmaq və dəyər qatmaq imkanı;

   Şirkət tərəfindən təmin olunan nahar;

   Korporativ nömrə.

   Könüllü tibbi siğorta.

 

Necə müraciət etməli?

 

Maraqlanan namizədlər CV-lərini “Xərclərə Nəzarət üzrə Mütəxəssis” mövzusu ilə [email protected] e-mail ünvanına göndərə bilərlər.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.