Xəzər Universiteti Dünya Məktəbi MMC-yə Reels Maker vəzifəsi üzrə namizəd axtarılır.
İş yeri: Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani 9
Əmək haqqı: 800₼ NET
Vəzifə öhdəlikləri:
• Məktəbin gündəlik fəaliyyətindən — dərs prosesləri, tədbirlər, layihələr və digər yeniliklərdən — müntəzəm olaraq storilər çəkmək və paylaşılmağa hazır vəziyyətə gətirmək.
• Dərslərin və məktəb həyatının müxtəlif məqamlarından keyfiyyətli rilslər hazırlamaq.
• Zərurət yaranarsa, trend və aktual formatlara uyğun videoların tez bir zamanda çəkilməsi və montaj edilməsi.
• Telefon və ya kompüter vasitəsilə montaj proqramlarında sərbəst işləmək bacarığı.
• Kadr quruluşu, rakurs seçimi, işıqlandırma və səs keyfiyyətinə diqqət etmək; çəkilən bütün materialların vizual və texniki keyfiyyətinə cavabdehlik daşımaq.
İş qrafiki:
• Bazar ertəsi – Cümə axşamı: 08:00–16:00
• Cümə: 08:00–15:00
Namizədə tələblər
- Ali təhsil (dizayn, vizual kommunikasiya və kinematoqrafiya üzrə arzu olunandır)
- Müvafiq sahədə təcrübə mütləqdir
- Zəruri proqram bilikləri vacibdir
- Müəssisə daxili nizam, intizam qaydalarına əməl etməli
- Portfolio mütləqdir
- İngilis dili
Qeyd olunan tələblərə uyğun Namizədlər CV-lərini “Reels Maker” başlığı altında [email protected] mail adresinə göndərə bilərlər.