Xəzər Universiteti “İqtisadiyyat və Biznes Yüksək Təhsil” fakültəsinin dekan assistenti vəzifəsinə vakansiya elan edir.

 

Əsas vəzifələr:

Fakültənin assistenti dekanın rəhbərliyi altında aşağıdakı fəaliyyətləri həyata keçirir: 

Magistr və doktorant tələbələrin departamentlər ilə koordinasiyalı işini təşkil etmək və nəzarət etmək; 

Müvafiq qaydalara uyğun olaraq doktoranturaya və dissertanturaya qəbulun təşkilində iştirak etmək, sənədlərin qəbulunu həyata keçirmək; 

Doktorant və dissertantların minimum imtahanlarının verilməsi prosesində sənədləşmələri aparmaq;

Hər akademik ilin sonunda tələbələrin illik attestasiyası və tələbələrin nailiyyətlərinin təhlilinin hazırlanmasınında sənədləşdirmə işlərini həyata keçirmək: 

Tələbələrin elmi məqalə və dissertasiya işlərinin plagiat yoxlamalarını təşkil etmək; 

Magistr, doktorant və dissertantların bütün fayl və məlumatlar ilə bağlı sənədlərinin lazımi qaydada saxlanılmasını təmin etmək; 

Magistr, doktorant və dissertant tələbələr ilə əlaqə saxlayaraq tələb edilən məlumatları vaxtında çatdırmaq; 

Magistr, doktorant və dissertant tələbələrdən tələb edilən sənədləri toplayıb bölmədə lazımi qaydada saxlanılmasını təmin etmək;

Bölməyə müəyyən sənədlərlə bağlı vaxtaşırı müraciət edən magistrant, doktorant və dissertantlarla işin təşkilini həyata keçirmək;

Təhsil müddəti bitmiş, doktorant və dissertantların çıxış əmrlərinin vaxtında hazırlanmasını həyata keçirmək;

İclas protokollarını hazırlamaq;

Digər kargüzarlıq işinin təşkilinin düzgün aparılmasını həyata keçirmək.

Tələb olunan bilik, bacarıq və vərdişlər

Fakültənin profilinə uyğun magistr dərəcəsi

İngilis dilində şifahi və yazılı ünsiyyət bacarıqları

Sənədlərlə işləmək, yazışma və kargüzarlıq bacarıqları

Yaxşı kompüter vərdişləri (Microsoft Office)

Tələbə və işçilərlə yaxşı ünsiyyət bacarıqları

Sərbəst şəkildə işləmək və təşəbbüs göstərmək bacarığı

Müsbət düşüncəyə və ozünü motivasiya etmək xüsusiyyəti

Kolleqiallıq: güclü iş əlaqələri və müsbət iş mühiti yarada bilmək bacarığı, hörmətcil, komandada işləmə bacarığı.

Müraciət üçün tələb olunan sənədlər

·       Tərcümeyi hal (CV)

·       Müraciət məktubu

·       Tövsiyyə məktubu verəcək üç şəxsin adı, vəzifəsi və E-poçt ünvanları 

Qeyd: Əmək haqqı namizədin kvalifikasiyasından asılı olaraq işə qəbul üzrə komissiya tərəfindən müəyyən edilir.

İşə başlama tarixi: 10 aprel, 2026-cı il

Maraqlananlar 20 mart 2026-cı il tarixinə qədər [email protected] mail ünvanına sənədlərini göndərə bilər

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.