Vakansiya: Xəzər Universitetinin Keyfiyyətin Təminatı Mərkəzinin koordinatoru 

 

Əsas vəzifə öhdəlikləri:

Keyfiyyətin təminatı ilə bağlı rəsmi sənədlərin hazırlanması, struktur bölmələrlə əlaqələndirmə və təhlil işlərinin aparılması;

Tədris prosesi ilə bağlı statistik məlumatların toplanması və müvafiq hesabatların hazırlanması;

Fakültə, departament və digər şöbələrlə bağlı kargüzarlıq və sənədləşmə işlərinin icrası;

Universitetin institusional akkreditasiyasına tələb olunan daxili normativ sənədlərin hazırlanması;

Mərkəzin icra etdiyi digər fəaliyyətlərdə iştirak edilməsi;

Tələb olunan bilik, bacarıq və vərdişlər:

Təhsil və idarəetmə ilə əlaqəli sahə üzrə magistr təhsili;

Təhsil sahəsində ən azı 1 il iş təcrübəsi;

Azərbaycan Respublikasının Təhsil Qanunu və Təhsil Strategiyası haqqında biliklər;

MS Office proqramlarında mükəmməl işləmək bacarığı;

Yüksək səviyyədə yazı, ünsiyyət və təşkilatçılıq bacarıqları;

Fərdi və komanda mühitində işləmək bacarığı;

Azərbaycan dilində səlis danışıq və yazı bacarığı;

İngilis dilində orta səviyyədə danışıq və yazı bacarığı.

 

Göstərilən tələblərə cavab verən namizədlərin mövzu yerində “Keyfiyyətin Təminatı Mərkəzinin koordinatoru” qeyd etməklə CV-lərini [email protected] email ünvanına göndərməsi xahiş olunur. Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaq.

Vakansiyaya son müraciət tarixi: 20 avqust 2025-ci il

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.