“Leyla Medical Center” MMC “Xəzinədar”vakansiyası elan edir:

 

Vəzifə təlimatı:

Müştərilər tərəfindən ödənilən pul vəsaitlərini və ödənişləri qəbul etmək;

Ödənilən vəsaitləri yoxlamaq və tələb olunan qaydada əməliyyatı həyata keçirmək;

Gündəlik olunan xidmətlərin məbləğini və ödənişləri əks etdirən sənədləri tərtib etmək;

Nağd pul vəsaitlərinin təhlükəsiz şəraitdə saxlanmasını və səlahiyyətli şəxsə təhvil verilməsini təmin etmək;

Pasientlərin suallarını dinləmək, səlahiyyəti çərçivəsində cavablandırmaq və ya aidiyyatı üzrə yönləndirmək.

 

-Xəzinədar vəzifəsində minimum 1 illik iş təcrübəsi;

-Azərbaycan dilini əla səviyyədə bilmək (rus və ingilis dillərindən birini bilməsi arzu olunandır);

-Nağd pul ödənişləri aparmaq üçün riyazi biliklərə malik olmaq;

-Analitik düşünmək;

-Yüksək dəqiqlik və məsuliyyət;

-İş qrafiki: NÖVBƏLİ

- Əmək Haqqı: müsahibə əsasında 

- A.R.Əmək Məcəlləsi əsasında sənədləşmə

 

Ünvanı: Xətai rayonu, Yusif Səfərov küçəsi 19.(Leyla Medical Center)

 

Müraciət üçün [email protected] mail ünvanına mövzu hissəsində “Xəzinədar” qeyd edərək CV göndərməyiniz xahiş olunur.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.