Sizi XX–XXI əsrlərin mühüm mədəni və bədii hadisələrindən biri sayılan postmodernizmə həsr olunmuş LAB təhsil proqramına dəvət edirik.
Proqramın baş lektoru sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Rəssamlıq Akademiyasının Təsviri sənət və Sənətşünaslıq fakültəsinin dekanı Nərminə Rzayevadır.
Üç gün ərzində iştirakçılar postmodernizmin nəzəriyyəsini ardıcıl şəkildə öyrənəcək, onun inkişaf mərhələlərinə nəzər salacaq və bu cərəyanın müasir kontekstdə sərhədlərini müzakirə edəcəklər.
Proqram:
6 may – Postmodernizmə giriş
Postmodernizmin tarixi və əsas xüsusiyyətlərinə ümumi baxış, modernizmlə müqayisə.
7 may – Postmodernizmin istiqamətləri
Pop-art və onun əsas nümayəndələrinə fokuslanmaqla, əsas istiqamətlərin təhlili.
8 may – Müzakirə
Dəvət olunmuş ekspert Elçin Şamilli ilə açıq müzakirə:
“Postmodernizm: sərhədlər harada bitir?”
Tarixlər: 6, 7 və 8 may
Saat: 19:00
Məkan: XX–XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyi, II mərtəbə
Qeydiyyat linki: https://forms.gle/9w7c7wSd9DzsXfPB8
