"Yaradıcı Filmathon" üçün qeydiyyat başlayır!

 

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Mədəniyyət Nazirliyinin tabeliyində Kino Agentliyi (ARKA) və Yaradıcı Mərkəzin birgə təşkilatçılığı ilə həyata keçirilən "Yaradıcı Filmathon"a qeydiyyat açıq elan edilir.

 

Müsabiqədə iştirak etmək istəyən şəxslər üçün qaydalar və müraciət forması:

 

Komanda tələbi: İştirak yalnız komanda halında mümkündür və hər komanda minimum 4 nəfərdən ibarət olmalıdır.

İdeyanın təqdimatı: Müraciət edən komandalar öz layihə ideyalarını əvvəlcədən formalaşdıraraq qeydiyyat formunda təqdim etməlidilər.

 

Layihə ideyaları aşağıdakı istiqamətdən birinə aid olmalıdır:

 

3 dəqiqəlik qısametrajlı film

Kino sənayesində yeni xidmət

Kino sahəsi ilə bağlı innovativ yanaşma (süni intellekt, tətbiq və sair)

 

Seçilən komandalar 29-30 sentyabr tarixlərində “Yaradıcı Filmathon”da mentorların dəstəyi ilə layihələrini inkişaf etdirəcək və jüri qarşısında təqdim edəcəklər. “Yaradıcı Mərkəz”in rezidenti olmaq imkanı əldə edəcək və qalib komandalar diplomla mükafatlandırılacaq.

 

Müraciətlərin qəbul tarixi 4-19 sentyabrdır. Kino sənayesinə öz innovativ töhfənizi vermək üçün komandanızı toplayın və qeydiyyatdan keçməyə tələsin.

 

Qeydiyyat üçün linkə keçid edə bilərsiniz.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.