Bakı Gənclər Mərkəzi "Yeni Dövrün Yeni Könüllüləri- 4" proqramına qəbula start verdi.Könüllü kimi fəaliyyət göstərmək istəyən gənclər üçün aşağıdakı tələblər müəyyən olunmuşdur: Məsuliyyətlilik; Təşkilatçılıq; Kollektivdə işləmək bacarığı; Ünsiyyətcillik; Kompüter bacarığı (Office və dizayn proq. anlayışı); Təşəbbüskarlıq. Bakı Gənclər Mərkəzində könüllü olaraq Siz: Yeni bacarıqlar; Real iş təcrübəsi; Uğurlu karyera; Ekskursiyalar; Təlimlər və seminarlar; Sosiallaşmaq; Yeni dostlar qazanacaqsınız. "Yeni Dövrün Yeni Könüllüləri" proqramı aşağıdakı departamentlər üzrə fəalliyyəti əks etdirir: Tədbirlər Layihələr Bədii yaradıcılıq Rəqəmsal marketinq və dizayn Foto və videoqrafiya Könüllü kimi müqavilə öhdəliklərini başa vuran gənclərin hər birinə xüsusi sertifikat, fərqlənmə diplomu veriləcəkdir. Könüllülük fəaliyyətinə təhsil səviyyəsindən asılı olmayaraq 17-26 yaş arası gənclər müraciət edə bilər.💫 “Yeni dövrün Yeni könüllüləri” sıralarına qoşulmaq üçün müraciət forması:https://forms.gle/hQUMcNK1dA3AeF3M7 Müraciət üçün son tarix: 15 iyun 2021-ci il

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.