Sizi “Matrix” qrup sərgisi çərçivəsində keçirilən “Yer kürəsi və incəsənət” müzakirə layihəsinin “Arxetipik reallıqlar: Matrisa müasir dövrün inancı, yoxsa həqiqətin fəsadlarından qorunma instinkti?” adlı tədbirinə dəvət edirik.
Müzakirə zamanı texnologiyanın, sosial medianın və mədəni kodların reallıq haqqında düşüncələrimizə necə təsir etdiyi, incəsənətin bu dəyişikliklərdəki rolu və həqiqəti anlamağın nə üçün vacib olduğu barədə fikir mübadiləsi aparılacaq. Görüşdə həmçinin reallığın müxtəlif insanlar tərəfindən necə qavranıldığı, matrisa anlayışı və müasir dövrdə dünyanı necə dərk etdiyimiz ətrafında söhbət aparılacaq.
Qonaqlar:
Maral Qurbanzadə – süni intellekt, insan–texnologiya qarşılıqlı əlaqəsi, teatr və yaradıcılıq sahələrində tədqiqat aparır. O, YUVA Baku platformasının təsisçisidir, müxtəlif təhsil və tədqiqat layihələrində iştirak edir.
Murad Məmmədov – vizual rəssam və rejissordur. Yaradıcılığında rəqəmsal texnologiyalardan istifadə edərək reklam, kino və incəsənət layihələri üzərində çalışır. Həmrejissor olduğu “Pənbə müsafirlər” (Pelin Turgut ilə birgə, “Pink Incomers”, 2022) sənədli filmi müxtəlif beynəlxalq festivallarda mükafatlara layiq görülüb. Hazırda “K1K4” adlı bədii film üzərində işləyir.
Moderator: Mina Orucova
16 iyul, 19:00
XX–XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyi (II mərtəbə)
Qeydiyyat linki


