“Yüksəliş” komandasına yeni üzvlər axtarılır

 

“Yüksəliş” İctimai Birliyinin Testlər və insan resursları şöbəsində məsləhətçi vəzifəsinə vakansiya elan edirik.

 

Kompetensiya əsaslı qiymətləndirmə sahəsində təcrübənizi dərinləşdirmək, idarəetmə bacarıqlarının qiymətləndirilməsi üçün keys və simulyasiyaların hazırlanmasında iştirak etmək və bu istiqamətdə peşəkar inkişafınızı davam etdirmək istəyirsinizsə, Sizi komandamıza qoşulmağa dəvət edirik.

 

Vəzifənin əsas fəaliyyət istiqaməti “Yüksəliş” müsabiqəsinin yarımfinal və final mərhələləri üçün qiymətləndirmə materiallarının hazırlanması və təkmilləşdirilməsidir. Bu çərçivədə əsas fəaliyyət istiqamətləri aşağıdakılardır:

- keys və rol oyunlarının hazırlanması;

- qiymətləndirmə meyarlarının formalaşdırılması;

- hazırlanmış materialların sınaqdan keçirilməsi və kalibrasiyası;

- təlimlərin məzmununun hazırlanması və onların keçirilməsi;

- digər qiymətləndirmə proseslərinin təşkilində iştirak.

 

Kimi axtarırıq?

Analitik və yaradıcı düşünən, araşdırma aparmağı sevən, Azərbaycan dilində fikirlərini yazılı şəkildə aydın və əsaslandırılmış formada ifadə edə bilən, detallara diqqətli və komanda ilə əməkdaşlığa açıq namizədlər axtarırıq. Həmçinin, qeyd edək ki, bu vakansiya üzrə seçiləcək namizədlər üçün tam ştatlı iş rejimi nəzərdə tutulur.

 

Kompetensiya əsaslı qiymətləndirmə, strukturlaşdırılmış müsahibələr, keys hazırlanması, təlim və inkişaf, istedadların idarə edilməsi, tədqiqat və ya biznes təhlili sahələrində praktiki təcrübə bu vəzifə üçün üstünlük hesab olunur.

 

Maraqlanan namizədlər 30.09.2026 tarixinədək aşağıdakı müraciət formasını doldura bilərlər: https://shorturl.at/rO9IK

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.