Yumşaq bacarıqlar (Soft Skills) üzrə Təlimçi olmaq istəyənləri axtarırıq!

 

bp və tərəfdaşların dəstəklədiyi “Bacarıqlar Məktəbi” layihəsi üçün Təlimçi olmaq istəyənlər axtarılır!

 

“Bacarıqlar Məktəbi” layihəsinin məqsədi 7-8-9-10-cu sinif şagirdlərində yumşaq bacarıqları inkişaf etdirməkdir. Layihə 2025-2026-cı tədris ilində həyata keçiriləcəkdir. 

 

Kimləri axtarırıq?

  • Təhsil, Pedaqogika, Psixologiya, Sosial iş, Təhsildə sosial-psixoloji xidmət, Gənclərlə iş və bənzər sahələrdə təhsil alan və ya bu sahəyə marağı olan gənclər və gənc müəllimlər (burada qeyd olunmayan ixtisasda/sahədə təhsil alıb/çalışırsınızsa, amma özünüzü bu sahədə görürsünüzsə, müraciət edin)
  • Öyrənməyə və inkişaf etməyə açıq
  • Komanda ilə işləmə bacarığı olan
  • Müntəzəm və uzunmüddətli əməkdaşlığa hazır
  • 12–16 yaşlı məktəblilərlə işləməkdə maraqlı və məsuliyyətli

 

Təlimçi olmaq istəyənlərdən gözləntilər:

  • “Təlimçilər üçün Təlim” (ToT) proqramının bütün modullarında aktiv iştirak
  • Təyin olunmuş məktəblərdə şagirdlərlə sessiyaların keçirilməsi
  • Məktəblilərlə davamlı əlaqə və onların inkişafının izlənməsi
  • Tapşırıqların və hesabatların vaxtında və keyfiyyətli şəkildə hazırlanması
  • Layihənin məqsəd və dəyərlərinə uyğun davranış və yanaşma

 

Təlimçi olmaq istəyənlər üçün faydalar:

  • Peşəkar təlimçi bacarıqları
  • Real təcrübə və təlimçi praktikası
  • Şəxsi və peşəkar inkişaf (liderlik, təqdimat, ünsiyyət və digər bacarıqların inkişafı)
  • Təlimçilər data bazasına üzv olmaq imkanı
  • Şəbəkələşmə/Networking
  • Sertifikat və tövsiyə məktubu
  • CV və gələcək karyera üçün dəyərli təcrübə

 

Son müraciət tarixi : 5 iyun

Qeydiyyat :  https://bit.ly/bacariqlar2025tot

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.