“Bank Respublika” ASC Daxili Audit Departamentinə Auditor/Aparıcı auditor vəzifəsi üzrə vakansiya elan edir.

 

Ümumi vəzifə öhdəlikləri:

 

  • Audit olunan prosesin daxili nəzarət sistemlərinin mövcud olması, effektivliyi və adekvatlığını yoxlamaq və qiymətləndirmək; 
  • Zəruri hallarda bankın daxili qaydaları, prosedurları və əsasnaməsində dəyişikliklərin edilməsi üzrə tövsiyələr vermək; 
  • Yoxlama obyektinə dair ehtimal olunan riskləri müəyyənləşdirmək; 
  • Təyin edilmiş vaxt çərçivəsində audit yoxlaması aparılan sahəmin risk təhlilini həyata keçirmək;
  • Proseslərin müvafiq qanunvericiliyə, prosedur və qaydalara uyğun olmasını təyin etmək;
  • Audit fəaliyyətinə aid qanunvericilik və beynəlxalq praktikada qəbul olunmuş digər vəzifələri həyata keçirmək.

 

Namizədə qarşı tələblər:

 

  • Ali təhsil (iqtisadi və ya hüquqi);
  • Daxili audit, risklərin idarəolunması, daxili nəzarət və oxşar sahələrdə minimum 1 il iş təcrübəsi;
  • Analitik düşünmə qabiliyyəti;
  • Dil bilikləri: Azərbaycan dili mükəmməl, ingilis dili arzuolunandır;
  • Excel proqramında işləmək bacarığı;
  • Öz fikirlərini yazılı şəkildə ifadə etmək bacarığı.

 

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini email-in mövzu hissəsində Auditor/Aparıcı auditor şəklində qeyd etməklə 30 oktyabr 2023-cü il tarixinədək [email protected] elektron ünvanına göndərə bilər. 

 

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.